Xaricdə yaşayan Rusiya vətəndaşları Dövlət Dumasına keçirilən seçkiləri yaxından izləyirlər.
Sherg.az xəbər verir ki, bu barədə Ümumdünya Həmvətənlər Şurasının sədri Mixail Drozdov TASS-a müsahibəsində bildirib.
Onun sözlərinə görə, dünyanın müxtəlif ölkələrində yaşayan Rusiya vətəndaşlarının səsverməsi yeni başlayıb. Müxtəlif ölkələr üzrə seçici fəallığına dair yekun məlumatların günün sonuna yaxın açıqlanacağı gözlənilir.
Drozdov qeyd edib ki, bu il seçkilərə marağın kifayət qədər yüksək olduğu hiss olunur.
Qeyd edək ki, Rusiyada Dövlət Dumasına seçkilər sentyabrın 18-də başlayıb. İlk gün seçici fəallığı 29,45 faiz təşkil edib.