Xəlilur Rəhman BMT Baş Assambleyasının sədri seçildi

Banqladeşin xarici işlər naziri Xəlilur Rəhman BMT Baş Assambleyasının 81-ci sessiyasının sədri seçilib.

Axar.az xəbər verir ki, Baş Assambleyanın 190 üzvündən 99-u ona etimad göstərib.

X.Rəhmanın əsas rəqibi 91 səs toplayan Kiprin xarici işlər nazirinin xüsusi elçisi Andreas Kakuris olub.

Rəhman 81-ci sessiyanın rəsmi açılışının keçiriləcəyi sentyabrın əvvəlində öz vəzifələrinin icrasına başlayacaq.