Yaponiyada ikirejimli nəqliyyat vasitələrinin istismarına başlanılıb
09:32 26.12.2021
Dünya
872
Yaponiyanın qərbində yerləşən “Asa Coast Railway Co.” dəmir yolu şirkəti həm rels üzərində, həm də yolda hərəkət edən ikirejimli nəqliyyat vasitəsinin (DMV) kommersiya istismarına başlayıb.
AZƏRTAC Yaponiya KİV-lərinə istinadla xəbər verir ki, hibrid nəqliyyat vasitəsi ilk dəfə dekabrın 25-də Tkuşima prefekturasının Şikoku rayonunda hərəkətə start verib. Bildirilir ki, bu, dünyada ilk belə nəqliyyat vasitəsindən kommersiya məqsədilə istifadə olunur.
Qeyd edək ki, ilk DMV prefekturanın cənub hissəsində günorta saatlarında marşruta buraxılıb. Nəqliyyat vasitəsində 18 sərnişinin olduğu, onların sayının koronavirus pandemiyasına görə azaldıldığı bildirilir.
Stansiyaya çatan avtobus dəmir təkərlərini endirərək qatara çevrilib və Koçi prefekturasının qərbində yerləşən şəhərə istiqamət götürüb.
Şirkətdən bildiriblər ki, nəqliyyat vasitəsini dəyişmədən hərəkətə imkan yaradan DMV-lər daha çox sərnişinin cəlb olunmasına səbəb olacaq. Belə ki, sərfəli olmayan dəmir yolu qatarının bu nəqliyyat vasitəsi ilə əvəz olunması yerli turizmin inkişafına mühüm təsir edə bilər.
DMV-nin ilkin olaraq 50 kilometr məsafədə hərəkət edəcəyi də qeyd edilir.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Ərdoğan: “Bakının sevinci Ankaranın sevincidir”
16:40 08.11.2026
Gündəm
Daşkəsən, Kəlbəcər və Şahdağa qar yağır - FAKTİKİ HAVA
16:25 08.11.2026
Ekologiya
Ailəsini qətlə yetirib şəhər meydanına hücum etdi - Təfərrüatlar
15:15 08.11.2026
Hadisə
Türkiyə Prezidentinin Şuşada rəsmi qarşılanma mərasimi olub
15:12 08.11.2026
Rəsmi
Ukrayna səfiri Azərbaycanı təbrik etdi
15:00 08.11.2026
Siyasət
“Bakıda çay içmək” arzusu həbsxanada gerçəkləşdi - ŞƏRH
14:50 08.11.2026
Siyasət
“Qalatasaray” Rafael Leaonun zədələndiyini açıqlayıb
14:11 08.11.2026
Futbol
Zaxarova: Makronun gizlənmək üçün bunkerə ehtiyacı var
13:56 08.11.2026
Dünya
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycana gəldi - FOTO
13:45 08.11.2026
Gündəm
Rusiya XİN: İran MDB-yə qoşula bilər
13:33 08.11.2026
Region