Yaponiyada müəmmalı epidemiya təşvişi!
14:25 25.03.2024
Dünya
715
Yaponiyada müəmmalı epidemiya ilə bağlı təşviş artıb.
Təhlükəli bakterial infeksiya ilə bağlı yoluxmanın rekord sürətlə yayıldığı bildirilib. Mütəəxəssislər xəstəliyə nəyin səbəb olduğunu müəyyən etməkdə çətinlik çəkirlər.
Ölüm nisbəti 30 faiz olan streptokok toksik şok sindromuna yoluxmanın 2024-cü ildə 2023-ü keçəcəyini proqnozlaşdırıblar. Bu barədə "Sherg.az" Türkiyə mediasına istinadən xəbər verir.
Yaponiyanın aparıcı qurumlarından biri olan Milli Yoluxucu Xəstəliklər İnstitutundan verilən açıqlamada deyilib ki, ciddi və qəfil xəstəliyin arxasında duran səbəblərlə bağlı müəmmalar çoxdur. Hazırda onlara cavab verə biləcəyimiz bir mərhələdə deyilik.
Ötən il 941 xəstədə yoluxma aşkar edilsə də, 2024-cü ilin ilk iki ayında artıq 378 yoluxma halı müəyyən edilib. Mütəxəssislər 50 yaşdan aşağı vətəndaşların risk altında olduğu barədə xəbərdarlıq edirlər.
Rəsmi məlumatlara görə, Yaponiyanın 2 bölgəsi istisna olmaqla, bütün bölgələrində yoluxma hallarının qeydə alındığı da açıqlanıb. Yaşlıların daha çox risk altında olduğu bildirilərkən, 2023-cü ilin iyul və dekabr aylarında 50 yaşa qədər xəstələnən 65 nəfərdən 21-nin dünyasını dəyişdiyi bildirilib. Bu məlumatları paylaşarkən Asahi Shimbun qəzeti də ölüm nisbətinin üçdə biri olduğuna diqqət çəkib.
Strep A olaraq da bilinən xəstəlik boğaz ağrısı kimi əlamətlərlə özünü göstərdiyindən bir çox insan bu xəstəliyə tutulduğunu bilmədən həyatına davam edir.
Sətəlcəm və pnevmoniya kimi xəstəliklərə çevrilə bilən xəstəliyin orqan çatışmazlığına səbəb olma ehtimalı da istisna deyil.
Xəstəlikdən ölüm nisbəti yüzdə 30 olaraq qeyd edilsə də, bəzi yapon alimləri Covid-19 səbəbiylə tətbiq edilən qadağaların aradan qaldırılmasından sonra hadisələrin artdığına diqqət çəkiblər. İnfeksion xəstəliklər üzrə ekspert, professor Ken Kikuçi deyib: “Ağır xəstəliyi olan xəstələrin sayının kəskin artması böyük narahatlıq doğurur”. Yaponiya Səhiyyə Nazirliyi koronavirus epidemiyası zamanı tətbiq olunan gigiyena və sosial məsafə qaydalarının tətbiq edilməsinin vacibliyini açıqlayıb. Yaponiyanın səhiyyə naziri Keizo Takemi, "İnsanların öskürərkən əllərini təmiz saxlamaq və ağızlarını bağlamaq kimi ehtiyat tədbirləri görmələrini istəyirik" deyib.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Rafinya Ronaldinyoya çatdı
13:07 04.11.2026
Futbol
Bakıda noyabrın 9-a qədər yağış yağacaq - XƏBƏRDARLIQ
12:55 04.11.2026
Ekologiya
NATO Rusiya ərazisinə zərbə endirə bilər
12:48 04.11.2026
Gündəm
Göygöldə yol qəzasında iki nəfər xəsarət alıb
12:27 04.11.2026
Hadisə
Dəfnə görə ödənilən müavinətin məbləği artırılır
12:10 04.11.2026
Aktual
AzTV 100 illik yubileyə həsr olunmuş çarx yayımlayıb - VİDEO
12:09 04.11.2026
Media
DSMF-nin növbəti il üçün gəlir və xərcləri açıqlanıb
11:57 04.11.2026
İqtisadiyyat
Azərbaycanın xalis maliyyə aktivləri 110 mlrd. manata çatıb
11:47 04.11.2026
İqtisadiyyat
Polis bir gündə 1 qumbaraatan və 5 tüfəng götürdü
11:07 04.11.2026
Hadisə
Karapetyanların evlərində axtarış aparılır - YENİLƏNDİ
10:47 04.11.2026
Region
Qazaxda 15 yaşlı yeniyetmə həmkəndlisini bıçaqlayıb
10:21 04.11.2026
Hadisə
Obama Trampın partiyasının seçkidəki məğlubiyyətinə reaksiya verdi
10:19 04.11.2026
Gündəm
Tramp İrana yeni zərbələr endirmək planının olmadığını açıqlayıb
10:05 04.11.2026
Gündəm