Yaponiyada ömürlük COVID-19 peyvəndi hazırlanır
08:03 01.01.2022
Dünya
584
Preparatın saxlanma üsulu bu peyvəndin daha bir böyük üstünlüyüdür. Belə ki, dərman otaq temperaturunda quru formada uzun müddət saxlanıla bilər
Yaponiyanın Nobelpharma əczaçılıq şirkəti 2023-cü ildə koronavirusa qarşı ömürlük toxunulmazlıq peyvəndinin klinik sınaqlarına başlaya bilər. Sputnik Azərbaycan RİA Novosti-yə istinadən xəbər verir ki, haqqında danışılan peyvənd Tokio Tibb Elmləri İnstitutunun fəxri professor Mitinori Koharanın rəhbərlik etdiyi alimlər qrupu tərəfindən hazırlanır.
Yeni vaksinin əsasını hələ XVIII əsrdə Böyük Britaniyada hazırlanmış və 1976-cı ilə qədər Yaponiyada istifadə edilmiş Çiçək xəstəliyi peyvəndi təşkil edir.
Alimlərin fikrinə görə, rekombinant vaksin virusuna koronavirusa səbəb olan SARS-CoV-2 virusunun sünbül proteini daxil edilməlidir.
Siçanlar üzərində aparılan təcrübələr zamanı alimlər rekombinant vaksiniya virusuna əsaslanan və tərkibində yüksək patogenli quş qripi genini ehtiva edən peyvənd yaradıb tətbiq ediblər. 20 ay ərzində peyvənd vurulan fərdlərdə yüksək səviyyədə antikor müşahidə olunub və onlar quş qripi virusu vurulduqdan sonra da sağ qalıblar.
Bununla yanaşı, peyvənd olunmamış bütün siçanlarım öldüyü bildirilir. Koharanın KİV-ə verdiyi müsahibədə bildirib ki, siçanın orta ömür müddəti təxminən 20 aydır:
"Bu peyvəndin xüsusiyyətləri göstərdi ki, o, antikor istehsalını və ömürlük toxunulmazlığı təmin edə bilər. Peyvəndin bir dozası 20 aydan çox təsirli olur, başqa heç bir peyvəndin oxşar təsiri yoxdur".
2023-cü ildə Nobelpharma Co, sağalmış və digər dərmanlarla tam peyvənd olunmuşlar da daxil olmaqla, 150-200 könüllünün iştirakı ilə bu peyvəndin klinik sınaqlarının birinci və ikinci mərhələlərini keçirmək niyyətindədir.
Alim eyni zamanda qeyd edirb ki, sınaqların üçüncü mərhələsi üçün həm ölkə daxilində, həm də xaricdə dövlət və ya əczaçılıq şirkətlərindən ciddi maliyyə investisiyaları tələb olunur.
Ömür boyu davam edən immunitetə əlavə olaraq, Kohara həmçinin preparatın saxlanma üsulunu bu peyvəndin daha bir böyük üstünlüyü adlandırıb:
"Dərman otaq temperaturunda quru formada uzun müddət saxlanıla bilər. Mövcud vəziyyət elədir ki, biz demək olar ki, üç-altı aydan bir peyvənd etməliyik və hər dəfə virusun yeni variantı ortaya çıxanda yeni peyvəndlər hazırlamalıyıq. Ona görə də peyvəndimizin effektivliyi hətta bir-iki il və ya iki il davam edərsə üç, bu, sosial infrastruktura xərclənən trilyonlarla yenaya qənaət edəcək", - deyə alim bildirib.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Ərdoğan: “Bakının sevinci Ankaranın sevincidir”
16:40 08.11.2026
Gündəm
Daşkəsən, Kəlbəcər və Şahdağa qar yağır - FAKTİKİ HAVA
16:25 08.11.2026
Ekologiya
Ailəsini qətlə yetirib şəhər meydanına hücum etdi - Təfərrüatlar
15:15 08.11.2026
Hadisə
Türkiyə Prezidentinin Şuşada rəsmi qarşılanma mərasimi olub
15:12 08.11.2026
Rəsmi
Ukrayna səfiri Azərbaycanı təbrik etdi
15:00 08.11.2026
Siyasət
“Bakıda çay içmək” arzusu həbsxanada gerçəkləşdi - ŞƏRH
14:50 08.11.2026
Siyasət
“Qalatasaray” Rafael Leaonun zədələndiyini açıqlayıb
14:11 08.11.2026
Futbol
Zaxarova: Makronun gizlənmək üçün bunkerə ehtiyacı var
13:56 08.11.2026
Dünya
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycana gəldi - FOTO
13:45 08.11.2026
Gündəm
Rusiya XİN: İran MDB-yə qoşula bilər
13:33 08.11.2026
Region
Mansur Yavaş Azərbaycanı Zəfər Günü münasibətilə təbrik etdi
13:10 08.11.2026
Siyasət