
Yaxın Şərq alov içində: İsrailin İrana zərbə endirməsi Amerika üçün faydalıdır -ANALİZ
09:54 13.06.2025
Dünya
496
Lakin Ukrayna müharibəsi bitmədən ikinci bir cəbhənin açılması ABŞ üçün qəbuledilməzdir
İran hücum edərsə, ABŞ İsraili müdafiə edəcək.
Bu barədə ABŞ Prezidenti Donald Tramp “Fox News” telekanalına müsahibəsində deyib .
“İran öz nüvə obyektlərinə hücuma cavab verərsə, ABŞ özünü və İsraili müdafiə etməyə hazırdır”, - o qeyd edib.
Xatırladaq ki, bu gün səhər saatlarında İsrail İran ərazisində bir neçə nüvə obyektinə zərbələr endirib. Nəticədə ölkənin bir sıra yüksəkvəfizəli hərbi məmurları həlak olub. Eyni zamanda, “Tasnim” hücum zamanı 6 nüvə aliminin öldüyünü açıqlayıb.
Politoloq Asif Nərimanlı Sherg.az-a deyib ki, İsrail İrana qarşı müharibənin davam etməsində maraqlıdır:

"Çünki İsrail əvvəldən bilir ki, İranın nüvə danışıqları nəticə verməyəcək. Tehran bu danışıqlardan sadəcə vaxt qazanmaq üçün istifadə edir. Buna görə də İsrail, danışıqlar prosesinə qayıdış baş verməmişdən əvvəl çalışacaq ki, İrana qarşı maksimum zərbələr vursun — istər hərbi infrastrukturun, istərsə də nüvə obyektlərinin sıradan çıxarılması ilə. Hətta bu zərbələr nəticəsində İranın cavab vermək imkanı belə qalmaya bilər. Mövcud müharibə hazırlıqları da məhz bu niyyətin göstəricisidir. Bu məsələdə həm ABŞ-ın, həm də İranın mövqeyi həlledici rol oynayacaq. ABŞ genişmiqyaslı müharibədə maraqlı deyil. Əvvəllər Tramp administrasiyası da İrana hərbi zərbə endirilməsinə qarşı çıxırdı və bu, onun fərqli siyasi yanaşması idi. Tramp inanırdı ki, danışıqlar yolu ilə İranı razı salmaq mümkündür. Amma son illərdə keçirilən danışıqların nəticəsiz qalması bu yanaşmanın da iflasa uğradığını göstərdi".
Analitikin fikrincə, İsrailin İrana zərbə endirməsi ABŞ üçün də müəyyən mənada faydalı görünə bilər:
"Belə ki, növbəti danışıqlarda ABŞ İranı öz təkliflərini qəbul etməyə məcbur etmək üçün İsrailin hərbi təzyiqindən istifadə edə bilər. Əgər İran yenə də müqavimət göstərsə, bu, genişmiqyaslı müharibəyə səbəb ola bilər. Belə bir müharibənin isə ABŞ üçün faydalı olmayacağı aydındır. Çünki bu halda ABŞ İsrailin müttəfiqi kimi birbaşa prosesə qoşulmaq məcburiyyətində qala bilər. Bu isə Vaşinqtonun maraqlarına ziddir. Digər tərəfdən, Ukrayna müharibəsi bitmədən ikinci bir cəbhənin açılması ABŞ üçün qəbuledilməzdir. Vaşinqtonun görünən niyyəti odur ki, Ukrayna məsələsində Rusiya ilə müəyyən anlaşma əldə edərək, İran məsələsini bu fon altında həll etsin. Rusiya isə bu prosesdə ya dəstəyini təmin etmək, ya da neytrallığını qorumağa çalışacaq. ABŞ genişmiqyaslı müharibənin başlanmasında maraqlı olmasa da, danışıqların davamı üçün İsrailin təzyiqlərindən istifadə edəcək. Bu hadisələrin inkişafında əsas məsələ İranın hansı addımı atacağı olacaq. Mənə görə, İran bu vəziyyətdə İsraillə genişmiqyaslı müharibə aparmaq gücündə deyil. İranın hərbi potensialı zəif olmasa da, müharibə üçün lazım olan iqtisadi resurslara malik deyil. Əgər müharibə başlasa, İrana qarşı geniş koalisiya formalaşa bilər. Bu baxımdan, Baydendən fərqli olaraq Tramp administrasiyası belə bir koalisiyaya dəstək verməyə daha meyllidir. Belə bir koalisiyanın yaranması isə təkcə İran rejiminin devrilməsinə deyil, həm də ölkənin parçalanmasına səbəb ola bilər. Əgər İsrail ilə İran arasında genişmiqyaslı müharibə başlayarsa və İrana qarşı beynəlxalq koalisiya qurularsa, İran təklənəcək. Bu zaman Rusiya diqqətini Ukraynadan yayındıraraq, İran məsələsində ABŞ ilə razılaşmağa çalışa bilər. Beləliklə, Rusiya İrana qarşı müharibədə neytral qalmaq və ya razılıq müqabilində Ukrayna ilə bağlı müəyyən güzəştlər əldə etmək istəyə bilər".
Asif Nərimanlı əlavə edib ki, bütün bu proseslərin fonunda İranda baş verə biləcək daxili etirazlar da rejimə ciddi təsir göstərə bilər:
"Bu səbəbdən İran genişmiqyaslı müharibədən yayınmağa çalışacaq və daha çox “qisas əməliyyatları” — məsələn, pilotsuz uçuş aparatları ilə hücumlar və digər lokal cavab tədbirləri ilə kifayətlənəcək.
İsrail isə əksinə, genişmiqyaslı müharibənin tərəfdarıdır və maksimum dərəcədə İranı zəiflətmək istəyir. Bu proses, çox güman ki, İranın danışıqlara yenidən qayıtdığı ana qədər davam edəcək. Həmin vaxta qədər isə daha ağır zərbələrin şahidi ola bilərik".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
“Sabah” “Şamaxı” ilə oyunda xal itirdi
19:51 08.11.2026
Futbol
Polşada 6 nəfərin öldüyü silahlı hücum terror aktı kimi araşdırılır
19:35 08.11.2026
Dünya
Tovuz və Gədəbəyin ucqar dağ kəndlərinə qar yağır
19:06 08.11.2026
Ekologiya
Moskvada yeni dəb: Mənzil almadan bahalı evləri gəzməyə gedirlər
18:52 08.11.2026
Maraqlı
Arda Gülərə tərif yağışı: "“Real Madrid"in vitamin mənbəyidir!”
18:42 08.11.2026
Futbol
Ədliyyə Nazirliyinin kollektivi Zəfər parkını ziyarət edib
18:20 08.11.2026
Gündəm
Xankəndidən verilən Zəfər mesajı -TƏHLİL
18:07 08.11.2026
Aktual
Böyük Britaniya Kralı ilk dəfə Çinə səfər edə bilər
17:56 08.11.2026
Dünya
Fransa Ukrayna ilə bağlı Əbu-Dabi danışıqlarında iştirak edəcək
17:31 08.11.2026
Dünya
Müdafiə naziri Zakir Həsənov COVID-19-a yoluxub
17:28 08.11.2026
Gündəm
"Mən Cənab Prezident İlham Əliyevlə qürur duyuram" - Yücel Karauz
17:24 08.11.2026
Gündəm
Ərdoğan: “Bakının sevinci Ankaranın sevincidir”
16:40 08.11.2026
Gündəm
Daşkəsən, Kəlbəcər və Şahdağa qar yağır - FAKTİKİ HAVA
16:25 08.11.2026
Ekologiya