Yeni müqavilə 25 illiyə bağlanıb
00:35 31.03.2021
Dünya
499
"Çin hərəkətə keçdi və İranı tam nəzarətə götürmək üçün ilk addım atdı"
Ötən həftə İran və Çin hərtərəfli strateji əməkdaşlığa dair 25 illik saziş imzalayıb. İmzaatma mərasimində İran və Çin xarici işlər nazirləri Məhəmməd Cavad Zərif və Van İ iştirak ediblər. Razılığa əsasən Çinin enerji və infrastruktur kimi əsas sahələrə sərmayələrinin daxil olduğu bildirilir. İranın ən böyük ticarət tərəfdaşlarından biri və uzun müddət müttəfiqi olmuş Çin 2016-cı ildə on il ərzində ikitərəfli ticarəti on qat artıraraq 600 milyard dollara çatdırmağa razılaşıb. Çinin Ticarət Nazirliyi bildirib ki, Pekin 2015-ci ildə əldə olunan nüvə razılığını qorumağa və Çin-İran münasibətlərinin maraqlarını müdafiə etməyə çalışacaq.
İqtisadçı-ekspert Natiq Cəfərli "Şərq"ə açıqlamasında İran və Çin arasında 25 illik bağlanmış müqavilə barədə danışıb:
"Bu məsələ ilə bağlı düşüncələrimi bölüşməzdən əvvəl kiçik tarixi ekskursiya etmək lazım gələcək. Obama dövrünün son aylarında “altılıq sazişi” imzalandı. İranın nüvə proqramına nəzarət müqabilində sanksiyaların götürülməsi gündəmə gəldi. Məqsəd çox aydın idi: ABŞ və AB İrana qarşı sanksiyaları götürür, xam İran bazarı Qərb şirkətlərinə açılır. Yeni neft-qaz müqavilələri bağlanılır, yeni istehsal sahələri yaradılır və 81 milyonluq İran bazarı Qərbə açılır. Əvəzində isə ABŞ-AB Rusiyaya qarşı daha sərt mövqe qoymalı idilər. AB ölkələri Rusiya bazarında itirəcəklərini İranda geri qaytarmalı idilər. Amma Tramp bütün oyunu pozdu və İrana qarşı sanksiyalar daha da sərtləşdirildi. AB şirkətlərinin öncədən bağladıqları bütün müqavilələr ləğv edildi – “altılıq sazişindən” dərhal sonra Qərb şirkətləri İranla 200 mlrd. dollarlıq ön sazişlərlə bağlı razılığa gəlmişdilər".
N.Cəfərli əlavə edib ki, bu müqavilə neft bazarına da ciddi təsir göstərəcək:
"ABŞ-ın İran siyasəti uğursuz oldu və böyük boşluq yarandı. İndi ABŞ-Çin qarşıdurmasının yeni mərhələsi başladı. Çin hərəkətə keçdi və İranı tam nəzarətə götürmək üçün ilk addım atdı. Yeni müqavilə 25 ilə bağlanılıb, dəyəri 400 mlrd. dollar olacaq. Müqavilə neft-qaz sektorundan tutmuş logistikaya, avtomobil sənayesindən tutmuş tikinti sektoruna qədər bir çox sahəni əhatə edəcək. Müqavilənin ən maraqlı hissəsi neftlə bağlıdır – yatırımların tamamına yaxınını İran xam neftlə Çinə qaytaracaq. Bu gün Çin fünə 13,5 mln. barel neft istehlak edir, bu həcmin 6-6,5 mln. barelini Çin özü ərazisində hasil edir, günə 7-7,5 mln. barelə yaxın neft alır. Bu gün sanksiyalara və yatırım, texnologiya məhdudiyyətinə görə İran günə cəmi 300 min barel neft sata bilir. Amma potensial olaraq yatırımlardan, yeni texnologiyaların tədbiqindən sonra İran günə 6 mln. barelə yaxın neft hasil edə, onun 4-4,5 mln. barelini ixrac edə bilər. Anlaşmaya görə, İran neftinin tamamını Çin alacaq, qiymət dünya bazarından, azı 10 faiz aşağı olacaq. Bu, Çin üçün çox böyük üstünlükdür. İran üçün də təbii ki, böyük imkanlar açır, həm də Qərbin İrana qarşı sanksiya siyasətini tam mənasızlaşdırır. Bu müqavilə neft bazarına da ciddi təsir göstərəcək. Ən böyük neft alıcısı olan Çinin ehtiyaclarının yarıdan çoxunu İran daha ucuz qiymətə verəcəksə, bu zaman digər ölkələr də “discount” etməyə məcbur qalacaqlar".
N.Cəfərli bu müqavilənin Azərbaycana təsirləri haqqında da danışıb:
"Məmləkətimiz bu müqavilədən ciddi dividendlər qazana bilər. Məsələn, Çin şirkətlərinin baş ofisləri, logistika mərkəzləri Azərbaycanda ola bilər, yükdaşımalardan qazanc əldə edə bilərik. Amma əgər bu müqaviləyə Qərb çox kəskin reaksiya verəcəksə, bu iş çətinləşə bilər. Bu zaman regional layihələrdə Türkiyə ilə birgə işləmək lazımdır. Bu təzyiqlərdən sığortalanmaq üçün mühüm rol oynaya bilər. Yeri gəlmişkən, heç Rusiya da bu müqavilədən razı deyil, çünki bu gün Çinə ən çox neft satan ölkə məhz Rusiyadır. İran nefti Rusiya neftini Çin bazarından sıxışdırıb çıxara bilər. Bu, qaza da aiddir. Müqaviləyə görə, Çin Benderebas limanını da modernləşdirəcək və orada sıxılmış qaz üçün limanlar tikəcək. İran qaz ehtiyatlarına görə dünyada 1-ci yerdədir, yeni yatırımlarla İran qısa zaman kəsimində böyük qaz ixracatçısına çevriləcək. Çin isə yaxın 10 ildə ən böyük qaz idxal edən ölkəyə çevriləcək. Deməli, Rusiyadan aldığı qazın həcmi də kəskin azala bilər.
Bir sözlə, regionumuzda maraqlı proseslər gedir. Çinin ekspansiyası güclənəcək, hətta Gürcüstana da 8 mlrd. dollar yatırım qoymaqla bağlı yeni müqaviləsi var".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Xırdalanda avtomobil piyadanı vuraraq öldürüb
03:33 09.11.2026
Hadisə
Rusiya mediası Əliyevin bu çıxışından yazır
02:57 09.11.2026
Gündəm
Tramp: ABŞ-nin xüsusi qrupu İranda fəaliyyətə başlayıb
02:22 09.11.2026
Gündəm
İranın vitse-prezidenti Ermənistana səfər edəcək
01:15 09.11.2026
Region
Sumqayıtda kişi meyiti tapıldı
00:56 09.11.2026
Hadisə
Azərbaycanda Dövlət Bayrağı Günüdür
00:14 09.11.2026
Tarix
Şuşada Zəfər Günü atəşfəşanlıqla qeyd olundu
23:50 08.11.2026
Qarabağ
Arakçıdan ABŞ-a: Ya müharibəni bitirin, ya da...
22:48 08.11.2026
Region
Ərdoğanın Azərbaycana rəsmi səfəri başa çatdi
21:25 08.11.2026
Rəsmi
İlham Əliyev COP31 sammitində iştirak etmək üçün Antalyaya gedəcək
21:12 08.11.2026
Gündəm
Husilər "Saudi Aramko"ya zərbələr endirdi
20:37 08.11.2026
Aktual
Qəzzada çadır düşərgələrini su basdı - Humanitar böhran dərinləşir
20:37 08.11.2026
Dünya
Fazil Mustafa MEK-i ziyarət edib
20:34 08.11.2026
Elm və Təhsil
Zelenski: Rusiya Ukraynaya hücumları artırıb
20:31 08.11.2026
Dünya