
Yolun sonunu göstərən siqnal: Fransa prezidenti tarixin zibilliyinə atılmağa məhkumdur
Yolun sonunu göstərən siqnal: Fransa prezidenti tarixin zibilliyinə atılmağa məhkumdur
Yusif Sultanoğlu
03:25 13.06.2024
Dünya
552
Makronun eqosuna dəyən zərbə həqiqətən də ağır, sarsıdıcı zərbədir
Fransanın Baş naziri Qabriel Atal Milli Assambleya seçkilərində Prezident Emmanuel Makronun “Renessans” Partiyasının seçki kampaniyasına rəhbərlik edəcəyini açıqlayıb. Xatırladaq ki, bundan əvvəl Baş nazir Makronun partiyasının Avropa Parlamenti seçkilərində uğursuzluğa düçar olmasından sonra Nazirlər Kabinetinin iclası zamanı prezidentdən istefasını qəbul etməsini istəyib. Makron bunu qəbul etməyib və bəyan edib ki, baş nazir prezident düşərgəsinin seçki kampaniyasına rəhbərlik etmək üçün ən yaxşı namizəddir. Qeyd edək ki, iyunun 9-da Fransada keçirilən Avropa Parlamenti seçkilərində “Milli Birlik” Partiyası Prezident Emmanuel Makron tərəfdarları koalisiyasından iki dəfə çox (31,36 faiz) səs toplayıb. Bundan sonra Makron Fransa parlamentinin Aşağı palatası olan Milli Assambleyanın buraxıldığını və növbədənkənar parlament seçkilərinin iki mərhələdə - 30 iyun və 7 iyulda keçiriləcəyini bəyan edib. Məlumat üçün bildirək ki, iyunun 9-da Avropa Parlamentinə keçirilən seçkilər Fransanın hazırkı hakimiyyətində məyusluq doğurub. Marin Le Penin rəhbərlik etdiyi “Milli Birlik” Partiyası əvvəlki nəticələrini xeyli yaxşılaşdıra bilib. Bu, həmin gün Milli Assambleyanın buraxıldığını və ölkədə iki turdan ibarət növbədənkənar parlament seçkilərinin keçiriləcəyini elan edən Prezident Emmanuel Makron üçün pis xəbər olub. Belə bir vəziyyətdə ilk ağla gələn Makronun 2017-ci il mayın 7-də, prezident seçkilərində birinci qalibiyyəti zamanı verdiyi vəd olub. Makron həmin vaxt ifrat radikal siyasətçilərə səs verməməsi üçün seçicilərə heç bir tutarlı əsas verməyəcəyinə and içmişdi. İndi isə ekstremist baxışları ilə tanınan Le Penin partiyası ilə yanaşı, daha bir müxalif qüvvənin - “Respublikaçılar” Partiyasının lideri Erik Syotti keçirilən seçkilərin nəticələrini “makronizmin” iflası kimi xarakterizə edib. Makron şahmat taxtası arxasında hər dəfə ən zəif fiqurları seçirdi. Bunun nəticəsi isə seçicilər arasında onun nüfuzunun aşağı düşməsi və erkən parlament seçkilərini elan etməsi oldu.
Azərbaycan Həmrəylik Komitəsinin sədri, siyasi şərhçi Əlisahib Hüseynov "Sherg.az"a deyib ki, özünü böyük siyasətin “patriarx”larından biri sayan Fransa Prezidenti Emmanuel Makronun eqosuna dəyən zərbə həqiqətən də ağır, sarsıdıcı zərbədir. Ekspertin sözlərinə görə, 6-9 iyun tarixlərində baş tutan Avropa Parlamentinə seçkilərdə Fransanın ifrat sağçı "Milli Birlik" Partiyasının qalib gələrək əzici üstünlük əldə etməsi Makron üçün gözlənilməz olduğu qədər də, yolun sonunu göstərən çox ciddi siqnal oldu:

"Artıq heç kimə sirr deyil ki, hakim “İntibah” Partiyası (Makronun partiyası) sürətlə mövqelərini itirir. Orta statistik fransızlar Makronun uğursuz xarici siyasətindən və sosial-iqtisadi problemlərdən yorulublar. Fransa cəmiyyəti dəyişikliyə hamilədir. "Europe 1" radiostansiyası da məhz bu danılmaz reallığı nəzərdə tutaraq Makronun ultramillətçi sağçıların Avropa Parlamentinə seçkilərdə uğur qazanması fonunda və qarşıdan gələn ölkədaxili parlament seçkilərinin nəticəsindən asılı olaraq istefa verəcəyi proqnozunu irəli sürüb. Lakin görünən budur ki, “Hakimiyyət şirin şeydir” düşüncəsi ilə yaşayan Fransa prezidentinin Yelisey Sarayından getmək, böyük siyasətdən çəkilmək fikri yoxdur. Bunu onun "Le Figaro" nəşrinə müsahibəsindən də açıq-aydın görmək mümkündür. Belə ki, sözügedən müsahibəsində Emmanuel Makron qarşıdan gələn parlament seçkilərinin nəticəsindən asılı olmayaraq istefa verməyəcəyini bildirib. Ancaq son sözü Makron yox, təbii ki, fransız seçiciləri deyəcək. İyunun 30-na təyin edilmiş erkən parlament seçkilərinin nəticələri Makron üçün həqiqətən də yolun sonu ola bilər. Fransız xalqı iyrənc neokolonializm siyasətinin davam etdirilməsinə görə Fransanın Afrikadan qovulmasını, Yeni Kaledoniyanı itirmək təhlükəsi ilə üzləşməsini, Cənubi Qafqazda ermənipərəst siyasətinin iflasa uğramasını yəqin ki, Makrona bağışlamayacaq. Ədalətsiz neokolonializm və neoimperializm siyasətini yürüdən əksər liderlər kimi Makron da tarixin zibilliyinə atılmağa məhkumdur".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Göygöldə bələdiyyənin mühasibi iş otağında ölü tapılıb
01:44 02.11.2026
Hadisə
Bakının bir sıra ərazisində işıqlar sönəcək
01:25 02.11.2026
İnfrastruktur
ABŞ-də təyyarə qəzasında 9 nəfər ölüb - Yenilənib
01:11 02.11.2026
Dünya
ABŞ-da özəl təyyarə küçənin ortasına düşdü: ölənlər var
00:34 02.11.2026
Dünya
Makqreqor karyerasını başa vurur
00:08 02.11.2026
İdman
Öcalan azadlığa çıxdı - Sensasiya
23:51 01.11.2026
Aktual
Fəqan Azadəliyev Dövlət Yol Polisi İdarəsinə rəis təyin olundu
23:30 01.11.2026
Cəmiyyət
Sumqayıtda zəncivari qəza baş verdi
22:02 01.11.2026
Hadisə
“Müharibəyə son qoymalıyıq” - İran Türkiyəni ünvan göstərdi
21:25 01.11.2026
Gündəm
"Şərq"də təkcə yazmağı yox, həyatı da öyrəndim - SEVGİ MƏKTUBU
20:52 01.11.2026
Media
Dədə Qorqud parkında meyit tapıldı
20:33 01.11.2026
Hadisə
Vaşinqton G20 sammitinin əsas gündəliyini açıqlayıb
20:16 01.11.2026
Dünya
ABŞ-da hakimiyyət savaşı qızışır: Tramp Konqresi itirə bilər!
19:46 01.11.2026
Gündəm
Sumqayıtda avtomobil qaz xəttinə çırpıldı
19:03 01.11.2026
Hadisə
"Şərq" təkcə qəzet deyil, həm də bir ailədir...
18:28 01.11.2026
Media