Yunan mətbuatı: Türkiyə enerji sahəsində “üç qitəyə yayılır”

Yunanıstan mətbuatı Türkiyənin enerji siyasətini təhlil edərək, ölkənin fəaliyyətlərini “üç qitəyə yayılma” kimi qiymətləndirib.

Sherg.az xəbər verir ki, “Newmoney” nəşri TPAO-nun 1 milyard dollarlıq rekord islami borc buraxılışı ilə diqqət çəkdiyini və gələcəkdə bu rəqəmin 4 milyard dollara çatdırılmasının planlaşdırıldığını yazıb.

Məqalədə qeyd olunur ki, Türkiyənin enerji strategiyasının əsasını Qara dənizdəki Sakarya qaz yatağı və Gabar neft sahəsi təşkil edir. Məqsəd enerji idxalından asılılığı azaltmaqdır.

Həmçinin Türkiyənin Afrika, Orta Asiya və Avropada – Somali, Liviya, Pakistan və digər ölkələrdə enerji layihələrini genişləndirdiyi vurğulanır. BOTAŞ-ın da Avropa ölkələri ilə qaz əməkdaşlığını artırdığı bildirilir.

Yunan mətbuatına görə, Türkiyənin dərin dəniz qazma donanması gücləndirilir və yeni gəmilərlə ölkə bu sahədə dünyada dördüncü yerə yüksələ bilər.