Zambiya Rusiyadan öz vətəndaşının Ukraynadakı müharibəyə necə getdiyinə dair izahat istəyib - FOTO
Yusif Nəzərli
09:21 15.11.2022
Dünya
502
Zambiya Xarici İşlər Nazirliyi Rusiya hökumətindən öz vətəndaşı Lemehani Natan Nyirendanın Ukraynadakı müharibədə hansı şəraitdə öldüyü ilə bağlı təcili məlumat verməsini istəyib.
Bu barədə məlumat nazirliyin “Facebook” hesabında yerləşdirilib.
23 yaşlı Nyirenda sentyabrın 22-də həyatını itirib. Əvvəllər o, Zambiya hökuməti hesabına Moskva Mühəndislik Fizika İnstitutunda nüvə qurğularının layihələndirilməsi üzrə təhsil alıb. 2020-ci ilin aprelində o, Rusiya Federasiyasının qanunlarını pozub, buna görə 9,5 il müddətinə azadlıqdan məhrum edilib və cəzasını Moskva ətrafındakı islah müəssisəsində çəkib. Zambiyalının hansı maddəyə görə mühakimə olunduğu barədə məlumat verilmir.
Hazırda Nyirendanın nəşinin qalıqları Rostova çatdırılıb.
“Bu çox kədərli hadisə ilə əlaqədar Zambiya hökuməti Rusiya hakimiyyətindən Moskvada həbsdə olan Zambiya vətəndaşının Ukraynaya ordu sıralarında göndərilməsi və sonradan həyatını itirməsi barədə təcili məlumat verməyi xahiş edib”, - deyə mesajda bildirilir.
Zambiyanın xarici işlər naziri Stenli Kakubo mərhumun ailəsi ilə əlaqə saxlamağa söz verib.
bo mərhumun ailəsi ilə
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Zelenski: “Şimal axını”nı Ukrayna partlatmayıb
22:02 23.08.2026
Aktual
Cəlilabadda tapılmış daş kürənin analiz nəticələri məlum oldu
21:21 23.08.2026
Tarix
“Mançester Siti”dən 18 ildən sonra ilk...
20:27 23.08.2026
Futbol
ABŞ-ın sanksiyaları təkrarlanan film kimidir - Arakçı
18:39 23.08.2026
Region
Özbəkistan Prezidenti Azərbaycana dövlət səfərinə dəvət edilib
18:06 23.08.2026
Rəsmi
ABŞ nümayəndələrinin Rusiya və Ukraynaya səfəri təxirə salınır
17:19 23.08.2026
Dünya
Azərbaycan və Özbəkistan prezidentlərinin təkbətək görüşü olub
16:28 23.08.2026
Rəsmi
Şavkat Mirziyoyev “Heydər Əliyev” ordeni ilə təltif edildi
16:03 23.08.2026
Rəsmi
Daşkənddə İlham Əliyevin rəsmi qarşılanma mərasimi olub
15:55 23.08.2026
Rəsmi