NATO-nun hərbi mütəxəssisləri Ukrayna Silahlı Qüvvələrinin tərəfində döyüş əməliyyatlarında iştirak edirlər.
Sherg.az xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova “Vesti” informasiya xidmətinin “Muzdlular. Məyusluq” adlı sənədli filmində bildirib.
Onun sözlərinə görə, Ukrayna Silahlı Qüvvələrinin tərəfində NATO-nun ştatlı hərbi mütəxəssisləri də döyüşürlər.
Zaxarova qeyd edib ki, Ukraynada hərbi məsləhətçilər, təlimatçılar və texniki mütəxəssislər fəaliyyət göstərirlər. O iddia edib ki, onların fəaliyyəti yalnız məsləhət verməklə məhdudlaşmır, onlar birbaşa döyüş əməliyyatlarında da iştirak edirlər.