Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova Qərb ölkələrinin Rusiyada Dövlət Dumasına keçirilən seçkilərin səsvermə prosesini pozmağa çalışdığını iddia edib.
Sherg.az-ın məlumatına görə, Zaxarova bildirib ki, Qərb ölkələri “hibrid müharibə” çərçivəsində Rusiyada seçkilərin normal keçirilməsinə mane olmağa cəhd göstərir.
O qeyd edib ki, Rusiya bu cür təzyiqlərə hazırdır və vətəndaşların səsvermədə iştirakını təmin etmək üçün tədbirlər görülür.
Daha əvvəl Rusiya Mərkəzi Seçki Komissiyasının sədri Ella Pamfilova Moskvanın məsafədən elektron səsvermə platformasına güclü kiberhücumların davam etdiyini açıqlamışdı. Onun sözlərinə görə, hücumlar seçicilər üçün problem yaratmayıb və müdafiə sistemi onları uğurla dəf edir.
Rusiyada Dövlət Dumasının IX çağırışına seçkilər sentyabrın 18-də başlayıb və səsvermə sentyabrın 20-dək davam edəcək.