Ukrayna Prezidenti Volodimir Zelenskyy bildirib ki, Ukrayna nümayəndə heyəti ABŞ administrasiyası ilə müharibənin dayandırılması üçün liderlər səviyyəsində mümkün görüş formatlarını müzakirə edib.
Sherg.az xəbər verir ki, "RIA Novosti"nin məlumatına görə, Zelenski Telegram kanalında yazıb ki, ABŞ-da tərəflər “liderlər səviyyəsində mümkün görüş və danışıqlar formatlarını” müzakirə ediblər. O, hansı görüşlərdən söhbət getdiyini dəqiqləşdirməyib.
Ukrayna Milli Təhlükəsizlik və Müdafiə Şurasının katibi Rustem Umerov isə ABŞ xüsusi nümayəndəsi Stiv Uitkoff və ABŞ prezidentinin müşaviri Cared Kuşner ilə görüşdüyünü bildirib.
Digər tərəfdən, Vladimir Putin Zelenski ilə mümkün görüş barədə danışaraq, belə görüşün yalnız yekun sülh razılaşması çərçivəsində baş tuta biləcəyini qeyd edib və Zelenskinin Moskva səfərinin mümkün ola biləcəyini söyləyib.