Ukrayna Prezidenti Volodimir Zelenski ABŞ və Rusiya arasında əldə olunmuş dizel yanacağı ilə bağlı sazişi yenidən sərt şəkildə tənqid edib.
Teleqraf xəbər verir ki, Ukrayna dövlət başçısı bu barədə “X” sosial şəbəkə hesabında paylaşım edib.
O bildirib ki, Moskva bu addımın qarşılığında Zaporojyeyə zərbələr endirib və nəticədə artıq 12 nəfər həlak olub.
“Təəssüf ki, hazırda üçü uşaq olmaqla, 12 nəfərin həlak olması təsdiqlənib. Ötən gecə bir daha sübut etdi ki, Rusiyada təzyiqin istənilən şəkildə azaldılmasını müharibəni davam etdirmək, şəhərlərə bomba yağdırmağa davam etmək icazəsi kimi başa düşürlər. Başqa siqnallar lazımdır. Rusiya müharibəni dayandırmalı olduğunu anlamalıdır, bunun üçün isə öz itkilərini hiss etməlidir”.