Zelenski Rusiyanın dərinliklərinə yeni zərbələr endiriləcəyini elan etdi

"Ukrayna müdafiə qüvvələri Rusiyanın dərinliklərinə yeni zərbələr endirməyə hazırlaşır".

Teleqraf xəbər verir ki, bu barədə Ukrayna prezidenti Volodimir Zelenski "Facebook" səhifəsində məlumat verib.

"Zaporojye istiqamətindəki vəziyyəti və düşmənin niyyətlərini, həmçinin Sumı vilayətinin sərhəd bölgəsində və Xarkovda vəziyyəti ətraflı təhlil etdik. Biz Ukraynanın müdafiəsi üçün lazım olduğu kimi fəal hərəkətlərimizə davam edəcəyik. Qüvvələr və vasitələr hazırdır. Yeni diplomatik zərbələr də planlaşdırılıb", - o qeyd edib.

Zelenski bildirib ki, Ukrayna ordusu Donetskdəki vəzifələrini yerinə yetirməyə davam edir və düşməni sistemli şəkildə məhv edir:

"Ümumilikdə, cəbhə boyu bu ilin cəmi səkkiz ayında ruslar öldürülən və ağır yaralanan 290 mindən çox hərbçisini itirib. Onlar özlərinin heç bir strateji tapşırığını yerinə yetirmədən ən böyük itkiləri məhz Donetsk vilayətində veriblər. Hazırda cəbhənin bəzi sahələrində stabilizasiya tədbirlərimiz davam edir".