Zelenski: Ukrayna da atəşkəsə hazırdır

Ukrayna Prezidenti Volodimir Zelenski İran və ABŞ arasında müvəqqəti atəşkəsi alqışlayıb.

Teleqraf xəbər verir ki, o, Rusiyanın Ukraynaya hücumlarını dayandıracağı təqdirdə Kiyevin eyni şəkildə cavab verməyə hazır olduğunu söyləyib.

“Ukrayna Rusiyanın dövlətimiz və xalqımıza qarşı apardığı müharibədə həmişə atəşkəsə çağırış edib və biz Yaxın Şərq və Körfəzdə diplomatiya yol açan sükutu dəstəkləyirik. Ukrayna bir daha Rusiyaya xatırladır: əgər ruslar kampaniyalarını dayandırsalar, biz də eyni şəkildə cavab verməyə hazırıq. Atəşkəs razılaşmalar üçün düzgün ilkin şərtlər yarada bilər”, - dövlət başçısı qeyd edib.

Zelenski danışıqlar prosesində müxtəlif ölkələrin iştirak etdiyini xatırladaraq, ABŞ-nin bu diplomatik addımı atmasının vacib olduğunu vurğulayıb.