Ukrayna Prezidenti Vladimir Zelenskinin Rusiya aviaməkanının təhlükəsizliyi ilə bağlı bəyanatı Kreml rəhbəri Vladimir Putinin fikirlərinə və müharibəsinin gedişatına təsir göstərə bilər.
Axar.az xəbər verir ki, bu barədə “İndependent” qəzeti məlumat yayıb.
Nəşr qeyd edir ki, Rusiya üzərində hava məkanının bağlanması Putini danışıqlara sövq edə bilər.
Məqalədə vurğulanır ki, bir çox beynəlxalq aviaşirkət Rusiyanın hava limanlarına, xüsusilə də böyük şəhərlərə uçuşlarını davam etdirir.
Zelenski mülki təyyarələrin hədəfə alınmayacağını vurğulasa da, ekspertlər hesab edirlər ki, onun açıqlamaları Rusiya ərazisində fəaliyyətini davam etdirən kommersiya aviaşirkətləri arasında narahatlıq yarada bilər.