“Biz layihəni birlikdə həyata keçirəcəyik. “Qanun Nəşriyyatı” bütün gücü ilə kömək edəcək, dəstəkləyəcək”
“Əli və Nino” kitab mağazaları şəbəkəsinin və Milli Kitab Mükafatının təsisçisi Nigar Köçərli Şuşayla bağlı layihəsini açıqlayıb. O bu barədə rəsmi Feysbuk səhifəsində yazıb. Nigar xanım sözügedən işin xəyalı olduğunu xüsusi vurğulayıb:
“Şuşa ilə bağlı yəqin hərənin öz arzusu olub. Mənim də vardı: Şuşa azad olarsa, orda pulsuz ictimai kitabxana yaradacam. Şuşa azaddır, indi növbə mənimdir”.
Nigar xanımın bu təqdirəlayiq təşəbbüsü ilə bağlı “Sherg.az”a danışan naşir, yazar Şahbaz Xuduoğlu deyib ki, həmin işdə onun da köməyi olacaq:
“Biz layihəni birlikdə həyata keçirəcəyik. “Qanun Nəşriyyatı” bütün gücü ilə kömək edəcək, dəstəkləyəcək. Fikrimcə, belə ictimai kitabxana Azərbaycanda ilk olacaq. Nümunəvi işdir, bu səbəbdən də dəstəkləyirik.”