Gürcüstanda müsəlman icmasına təhvil verilən məscidlərin sayı 260-ı ötdü
Yusif Nəzərli
15:42 17.03.2025
Cənubi Qafqaz
563
Gürcüstanın müsəlman icmasının ixtiyarına verilmiş məscidlərin sayı 262-yə çatıb.
Teleqraf-ın yerli bürosu xəbər verir ki, bu barədə ölkənin Dini Məsələlər üzrə Dövlət Agentliyinin rəhbəri Zaza Vaşakmadze Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Ramin Məmmədovla keçirdiyi görüşdə bildirib.
O, Gürcüstan dövlətinin müsəlman icması da daxil olmaqla dini təşkilatlara göstərdiyi maliyyə yardımından danışıb. Agentlik rəhbəri məscidlərin müsəlman icmasına təhvil verilməsi prosesinin davam etdirildiyini diqqətə çatdırıb.
R.Məmmədov öz növbəsində Gürcüstanda yaşayan azərbaycanlıların dini və etnik mənsubiyyətlərini qoruyub saxlamaları üçün hər cür şəraitin yaradıldığını qeyd edib.
Görüşdə iki qurum arasında əməkdaşlıq aspektləri, Gürcüstandakı müsəlman icmasının və Azərbaycanda gürcü pravoslav icmasının dini hüquqlarının müdafiəsi məsələləri də müzakirə olunub.
Qeyd edək ki, Gürcüstanda əhalinin 10%-dən çoxu İslam dininə etiqad edir. Qonşu ölkədə 300-dən çox məscid var. İbadət yerləri dövlət qeydiyyatına alınandan sonra müsəlman icmasına təhvil verilir.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Rəşad Məcidə ağır itki üz verib
14:17 15.11.2026
Cəmiyyət
Bu dəfə general qızı onu məhkəməyə verdi
13:51 15.11.2026
Cəmiyyət
Yeniliyin və inkişafın ünvanı : Qazax
12:55 15.11.2026
Ölkə
Sabah intensiv yağış yağacaq -PROQNOZ
12:38 15.11.2026
Ekologiya
Lavrov məni çoxlu araq içməyə məcbur etdi - Conson
12:10 15.11.2026
Dünya
Makron Ukraynanın NATO-ya qəbul edilməsini zəruri sayır
11:55 15.11.2026
Aktual
Prezident İlham Əliyev Mahmud Abbası təbrik edib
11:11 15.11.2026
Rəsmi
Azərbaycan xarici işlər nazirinin müavini Pakistana səfər etdi
10:42 15.11.2026
Siyasət
Trampa qarşı sui-qəsd təhlükəsi: "Mossad" xəbərdarlıq etdi
09:57 15.11.2026
Dünya
Yaponiyada 7 alma 626 dollara satıldı
09:41 15.11.2026
Maraqlı
Dörd bürcə XƏBƏRDARLIQ: daha diqqətli olmalıdırlar
09:05 15.11.2026
Cəmiyyət
Qışda maşını sürməzdən əvvəl neçə dəqiqə qızdırmaq lazımdır?
08:53 15.11.2026
Aktual
İsmayıl Bəqai: ABŞ ilə münaqişə 1979 yox, 1953-cü ildə başlayıb
08:11 15.11.2026
Dünya
“Salman Xan 6 həftə məni qorudu” - Oksana Rəsulova
07:59 15.11.2026
Şou
Z nəsli qızları keçəlləşmə təhlükəsi ilə üz-üzədir
07:23 15.11.2026
Sağlamlıq