"Anam kəlağaydı- kəlağay anam": Mirvarid Dilbazi Məçlisi tədbir keçirib
13:43 29.01.2024
Ədəbiyyat
1521
Kəlağayı Ev Muzeyində yanvarın 28 - də Mirvarid Dilbazi Poeziya Məclisinin təşkilatçılığı ilə tədbir keçirilib.
Sherg.az xəbər verir ki, oplantını muzeyin direktoru Güllü Eldar Tomarlı açıb və ''Sazlı Sözlü Kəlağayı Günləri'' layihəsi haqqında danışıb və yenicə işıq üzü görmüş ''Anam- kəlağaydı, kəlağay- anam'' kitabının təqdimatı gününün təkcə bu gün deyil, ilboyu ölkəmizdə keçiriləcəyini vurğulayıb.
Vətən uğrunda canından keçmiş müqəddəs şəhidlırimizin əziz xatirələri bir dəqiqəlik sükutla yad edilib.
Bu kitab -24-28 noyabr, 2014-cü il tarixində Parisdə keçirilən Qeyri-maddi Mədəni İrsin Qorunması üzrə Hökumətlərarasi Komitəsinin doqquzuncu sessiyasında “Kəlağayı sənəti və simvolizmi, qadın ipək baş örtüklərinin hazırlanması və istifadə olunması” YUNESKO-nun Qeyri-maddi Mədəni İrs üzrə Reprezentaiv Siyahısına daxil edilməsinin 10 illik yubileyinə töhfəmizdir.
“Anam - kəlağaydı, kəlağay - anam...” kitabının tərtibçisi Mirvarid Dilbazi Poeziya Məclisi İctimai Birliyinin sədri və şəxsi “Kəlağayı Muzeyi”nin direktoru şair, publisist Güllü Eldar Tomarlı, redaktoru ədəbi tənqidçi, araşdırmaçı yazar Vaqif Osmanlı, məsləhətçilər Xalq şairi Mirvarid Dilbazinin qızı Xatirə Dilbazi və Əmək Qəhrəmanı, Preziden Təqaüdçüsü Tərlan Musayeva, rəyçi İctimai Birliyin sədr müavini Vüsal Sehranoğludur. Kitaba ön sözü Xalq şairi Nəriman Həsənzadə yazmışdır.
Kitabda ənənəyə sadiq qalaraq klassik və çağdaş Azərbayan, həmçinin xarici dövlətlərdə yaşayan və fəaliyyət göstərən xalqımızın şair, yazıçı, elmi araşdırmaçı, publisist, aşıqlarının, Azərbaycanın tanınmış qadınlarının kəlağayıya həsr olunmuş şeirləri, hekayələri, elmi yazıları, düşüncələri çap olunmuşdur. İnanırıq ki, kitabdakı bədii, elmi nümunələr geniş oxucu marağına səbəb olacaq.
Mirvarid Dilbazi Poeziya Məclisi İctimai Birliyi və şəxsi “Kəlağayi Ev Muzeyi”nin nəşr etdirdiyi “Anam – kəlağaydı, kəlağay anam...” kitabının təqdimatı məqsədi ilə Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinə müraciətə nazirlik rəsmiləri böyük sayğı ilə yanaşıb. Belə ki, nazirliyin qərarı ilə respublikamızın müxtəlif ali və orta məktəblərində il boyu müxtəlif tədbirlər - ədəbi-bədii gecələr, görüşlər, sərgilər keçirmək planlaşdırılır. Həmçinin Azərbaycanın müxtəlif bölgələrində də belə tədbirlər təşkil ediləcək.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Sabahın havası meteohəssas insanlar üçün əlverişlidir
18:48 26.07.2026
Sağlamlıq
KİV: ABŞ İrana hücumları müvəqqəti dayandırıb
18:09 26.07.2026
Dünya
Britaniyanın Baş naziri: Lazım gələrsə, Trampla razılaşmayacağam
16:25 26.07.2026
Dünya
Putin mobil telefonlardan istifadə etmir - Peskov
16:00 26.07.2026
Dünya
Netanyahu Vaşinqtonda Trampla İran məsələsini müzakirə edəcək
15:08 26.07.2026
Dünya
ABŞ İranın raketlərini qəsdən buraxır - KİV
14:51 26.07.2026
Gündəm
“Beşiktaş”ın Salaha etdiyi təklifin detalları bəlli oldu
14:34 26.07.2026
Futbol
Husilər Yəməndə “Bayraqdar” vurdular
14:17 26.07.2026
Dünya
Sabah Abşeron çimərliklərində hava küləkli olacaq
13:22 26.07.2026
Cəmiyyət
Sabah Azərbaycanda 40 dərəcə isti olacaq
12:49 26.07.2026
Ekologiya
Nəriman Həsənzadə süni tənəffüs aparatına qoşulub
12:35 26.07.2026
Ədəbiyyat
Faktiki hava: 39 dərəcə isti qeydə alındı
11:30 26.07.2026
Ekologiya
İlham Əliyev Maldiv Prezidentini təbrik edib
11:14 26.07.2026
Rəsmi
Əraqçi: İranın region ölkələri ilə düşmənçiliyi yoxdur
10:45 26.07.2026
Region
Husilər Səudiyyə Ərəbistanına raket və PUA-larla hücum edib
10:30 26.07.2026
Dünya