Bişkekdə “Zəfər çələngi” kitabı işıq üzü görüb
Bişkekdə “Zəfər çələngi” kitabı işıq üzü görüb
11:18 15.04.2024
Ədəbiyyat
1623
Qırğızıstanın paytaxtı Bişkekdə fəaliyyət göstərən Türkdilli dövlətlərin siyasətinə dəstək fondunun sifarişi ilə “Zəfər çələngi” adlı kitab işıq üzü görüb. Prezident İlham Əliyevin 20 illik prezidentlik fəaliyyətinə həsr olunmuş nəşrdə Azərbaycan-Qırğızıstan münasibətlərinə, eləcə də dövlətimizin başçısının gördüyü titanik işlərə nəzər salınıb.
"Sherg.az" xəbər verir ki, “Uluu Toolor” nəşriyyatında Azərbaycan dilində 500 nüsxə ilə çap olunan kitab geniş oxucu kütləsi üçün nəzərdə tutulub. Kitabın həmmüəllifləri professor, siyasi elmlər doktoru Cümşüd Nuriyev, siyasi elmlər üzrə fəlsəfə doktoru Şəbnəm Nuriyeva, baş müəllim Mayıl Orucov və dosent Sevinc İbrahimovadır. Qeyd edək ki, bu, Türkdilli Dövlətlərin Siyasətinə Dəstək Fondu tərəfindən nəşr olunan 160-cı kitabdır. Türkdilli Dövlətlərin Siyasətinə Dəstək Fondunun prezidenti dövlət başçısı İlham Əliyevin apardığı uğurlu daxili və xarici siyasətini Orta Asiya ölkələrində yorulmadan təbliğ edən tanınmış ictimai xadim Nüsrət Məmmədovdur.
Qeyd olunub ki, Müzəffər Ali Baş Komandanın rəhbərliyi altında son üç il ərzində Silahlı Qüvvələrimiz 220 illik işğal tarixinə son qoydu. Biz artıq qələbənin dadını hiss edən və yaşayan bir xalqıq. Dünyanın ədalətinin itdiyi bir zamanda böyük peşəklarlıq və dövlət idarəetmə ustadlığı göstərən Prezidentimiz dünya erməni lobbisinə və onları dəstəkləyən bütün beynəlxalq güclərə qalib gəldi. 30 ilə yaxın erməni işğalı altında qalan və tamamilə dağıdılımış Qarabağ və Şərqi Zəngəzur İqtisadi rayonlarının əraziləri düşmən tapdağından azad olundu. 2020-ci ilin 27 sentyabr tarixində başlayan və 44 gün davam edən İkinci Qarabağ Müharibəsi Azərbaycanın hərbi qüdrətini və döyüş taktikasını bütün dünyaya tanıtdı. Biz Zəfər çaldıq və ən böyük uğurumuz olan ərazi bütövlüyümüzü bərpa etdik. Bu müharibənin hərbi-siyasi, tarixi-ideoloji və iqtisadi nəticələri haqqında hələ çox danışılacaq və yazılacaq. Son üç il ərzində Azərbaycan Silahlı Qüvvələri bir neçə əməliyyat keçirməklə torpaqlarımızı düşmən terroristlərindən təmizlədi. Bir günlük antiterror əməliyyatı keçirən silahlı qüvvələrimiz 23 saatdan bir az artıq müddətdə düşməni bir daha diz çökdürdü. Azərbaycanın Silahlı Qüvvələri Müzəffər Ali Baş Komandanın tapşırığını uğurla icra etdi. Eyni zamanda, təhlükəsizlik orqanlarının əməkdaşları tərəfindən əldəqayırma qurumun bütün rəhbərlərini və əsas ideoloqlarını həbs edib Bakıya gətirdi. Prezident İlham Əliyevin rəhbərliyi və bilavasitə nəzarəti ilə işğaldan azad edilmiş ərazilərə “Böyük Qayıdış” üçün bütün zəruri tədbirlər həyata keçirilir, yaşayış binaları, sosial, nəqliyyat və iqtisadi infrastruktur sürətlə bərpa olunur. İndi dövlətimiz “yaralı” bölgələrimizin yaralarını “sağaltmaqla” məşğuldur. Bütün işlər sürətlə və keyfiyyətlə həyata keçirilir. Hazırda işğaldan azad edilmiş torpaqlarımızda bərpa və tikinti işlərinə başlanılıb, mühüm infrastruktur layihələri həyata keçirilir. Bu gün Azərbaycan işğaldan azad edilmiş ərazilərdə öz sərhədlərinə tam nəzarət edir. Sadalanan bütün məsələlərə kitabda geniş yer verilib.
Türkdilli Dövlətlərin Siyasətinə Dəstək Fondu öz ənənələrinə sadiq qalaraq bu kitabı da pulsuz yayacaq. Fond kitabın təbliğat istiqamətində böyük əhəmiyyət kəsb etdəcəyini nəzərə alaraq, qırğız və rus dillərinə tərcümə etdirməyi də nəzərdə tutur.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Baş nazir: Rusiya Ermənistana qazı ucuz satmır
13:06 11.09.2026
Region
Sonaxanım polisə müraciət etdi
12:31 11.09.2026
Şou
Bakıda bu yol tam bağlanır
12:14 11.09.2026
İnfrastruktur
Paşinyan Özbəkistan Prezidentinə zəng etdi
11:49 11.09.2026
Gündəm
"Bavariya"nın 13 illik seriyası davam edir
11:36 11.09.2026
Futbol
Türkiyədə 43 bələdiyyə işçisi və podratçı saxlanılıb
10:37 11.09.2026
Region
"Bazel" baş məşqçisi Ştefan Lixtştaynerlə yollarını ayırıb
10:36 11.09.2026
Futbol
37 yaşlı kişi həyətində ölü tapıldı
10:29 11.09.2026
Hadisə
Bakıda xanıma qarşı nalayiq ifadələr işlədən kişi həbs edildi
10:26 11.09.2026
Hadisə
Bu türk ölkəsi “Avroviziya”ya buraxılmadı
10:17 11.09.2026
Şou
AfD Mertsdən polisə şikayət etdi - “Bu dəfə həddini aşdı”
10:03 11.09.2026
Dünya