Erməni lobbisi müxtəlif yollarla Əkrəm Əylislini dolandırır -AÇIQLAMA

Yazıçı Əkrəm Əylisli Avropa Yenidənqurma və İnkişaf bankının təsis etdiyi Ədəbiyyat mükafatına layiq görülüb. Mükafatın pul məbləği 20. 000 avrodur. Yox, bu mükafatı “Daş yuxular”a görə verməyiblər. Yəni, birbaşa “Daş yuxular”a görə deyil, lakin “Daş yuxular” müəllifi olduğuna görə verilməsi heç bir şübhə qalmır. Açıqlama belədir ki, mükafat Ə.Əylisliyə “Adamlar və ağaclar” trilogiyasına görə verilib. Məlumata görə, Əkrəm Əylislinin sovet dövründə yazdığı trilogiya indilərdə ingilis dilinə tərcümə olunub və dərhal bu nüfuzlu mükafata layiq görülüb. Belə tələsik? 

Vətəndaşların Əmək Hüquqlarının Müdafiəsi Liqasının sədri Sahib Məmmədov Əkrəm Əylisliyə bu mükafatın məhz “Daş yuxular”a görə verildiyini aydın izahla göstərib. “Sherg.az” Sahib Məmmədovun fikirlərini təqdim edir: 

- Unutqan xalqımızın fəal nümayəndələri Əkrəm Əylisliyə "İnsanlar və Ağaclar" kitabına görə (sovet vaxtı yazılıb) EBRD Literature Prize verilməsini toy-bayram etməkdədir. Əslində Əkrəm Əylislinin sovet vaxtı yazdığı kitab birdən niyə matah olub sualını heç kəs vermir. Mən indi izah edəcəm. Əylislinin "Daş yuxuları" adlı bədnam və azərbaycanlıları vandal və vəhşi obrıznda, erməniləri isə humanist və mədəni xalq kimi göstərən kitabını Ermənistanda bir nəşriyyat müəllif hüququnu Əkrəm Əylislidən pulla almaqla (Hər nəşrdən əldə edilən gəlirin 20% Əkrəm Əylisliyə 10% erməni qaçqınları üçün fondlara verilməklə) müqavilə bağlayıb və dünyanın aparıcı dillərinə tərcümə edib. "The Guardian" da o Azərbaycanı erməni mədəni irsini dağıtmaqda günahladırıb və s. İndi bunu sovet vaxtıda yazdığı əsəri (ola bilər maraqlı əsərdi) qatı ermənipərsət, Amerika Erməni Milli Komitəsinin yaxın adamı, Milyarder Stiv Kandilyan tərəfindən maliyyələdilən Katherine E. Young tərcümə edib və mükafata təqdim edib. Əlbəttə erməni lobbisi də minnətdar olduğu Əkrəm Əylisliyə 20 000 avro mükafat verilməsinə dəstək olub. Xalqımızı təbrik edirəm. Nə deyim... Bu qədər unutqan olmaqla yəqin 5-10 ilə işğalçıya qarşı vuruşanlara düşmən kimi baxacağıq. Mən yaxşı bilirəm ki, indi yüksək vəzifədə olan xeyli şəxs də Əkrəm Əylislinin reablitasiyası ilə məşğuldu. Qısa rezümeni oxuyun və görün ki, əslində mükafan nəyə görə verilib. Xatırladırlar ki, Əkrəm Əylisli məşhur "Daş Yuxuları" kitabının müəllidir. Kimə maraqlıdırsa kitabı nəşr edən Palmen Press nəşriyyatının arxasıda kimlərin durduğunu da müəyyən edə bilər.

S.Məmmədov bildirir ki, erməni lobbisi müxtəlif yollarla Əkrəm Əylislini dolandırır:

“Bir az araşdırın, görün, o kitabı tərcümə edən, nəşr edən kimlərdi. Mükafatı verdirənlər kimlərdi. Əmin ola bilərsiz ki, pul ona “Adamlar və ağaclar” əsərinə görə verilməyib. Ola bilər dəhşət yaxşı əsərdi. Amma məsələ mən dediyimdi. “Azadlıq Radiosu”na verdiyi müsahibədə Əylisli qeyd edir ki, o, valideynlərinin və qohumlarının hekayələri əsasında “Daş yuxular” əsərini yazıb və uşaq ikən bu hekayələr onda unudulmaz təəssürat yaradıb. Əylisli dedi: “Mən kitabımı bu və ya digər kişinin, uşağın və sairənin necə öldürüldüyü və ya qətlə yetirildiyi barədə real həyat hekayələri əsasında yazmışam.” Əkrəmsevərlər onun kitabını "Amazon"dan alıb oxuya bilər. Kitab haqqıda rezümedə dinc erməninin Azərbaycan xəstəxanasında necə döyüb ödürülməsi barədə Əkrəmin uydurduğu yalan hissə verilib. Buyurun oxuyun. Əkrəmə sevgisi olan adamda mütləq gizli erməni sevgizi var: "Sovet İttifaqının son illərində baş verən "Daş Xəyallar" filmi, yaşlı bir erməni kişini gənc Azərbaycanlı dəstəsindən qorumağa çalışarkən Bakı xəstəxanasına düşən Azərbaycan aktyoru Saday Sadıqlının hekayəsini danışır. Müasir Don Kixot kimi bir şey olan Saday, müasir Azərbaycan cəmiyyətində müşahidə etdiyi nifrət və korrupsiya ilə uzun müddət mübarizə aparıb. Şüurunda gəzib dolaşan Saday, bir vaxtlar dinc şəkildə birlikdə yaşadığı doğma şəhəri, qədim Əylis kəndinə qayıdır və Ermənistana kəffarə ziyarəti etmək arzusunda olur. "Daş Xəyallar" incəsənətin və sənətkarların - hər bir insanın - dünyada dəyişiklik etmək qabiliyyəti haqqında yandırıcı və ağrılı bir düşüncədir" https://www.amazon.com/Stone-Dreams-Novel-Requiem-Literatures-Translation/dp/1644699133