"Mən vətənəm" kitabı Sumqayıt şəhər Heydər Əliyev mərkəzində təqdim olunub
Yusif Nəzərli
10:16 24.05.2023
Ədəbiyyat
2662
Sumqayıt şəhər Heydər Əliyev Mərkəzində Dünya Gənc Türk Yazarlar Birliyinin və Gənclərin İnkişaf və Karyera Mərkəzinin Sumqayıt nümayəndəliyinin birgə təşkilatçılığı ilə DGTYB -nin Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin dəstəyi ilə həyata keçirdiyi "Cəbhədən cəmiyyətə" Müharibə iştirakçısı yazarlarla səngər yoldaşlarının görüşləri adlı layihə çərçivəsində 44 günlük Vətən müharibəsi iştirakçısı olan yazarların müxtəlif janr və məzmunlu yaradıcılıq örnəklərindən ibarət yeni nəşr olunmuş kitabın təqdimatı keçirilib.
Bu barədə saytımıza layihə rəhbəri, Dünya Gənc Türk Yazarlar Birliyinin başqanı İntiqam Yaşar məlumat verib. Tədbirdə Sumqayıt şəhər İcra Hakimiyyətinin nümayəndəsi Tərlan Hacızadə, Sumqayıt şəhər Heydər Əliyev Mərkəzinin direktoru Vüsalə Qurbanova, Şöhrət” ordenli şair-pedaqoq Ofelya Babayeva, Dünya Gənc Türk Yazarlar Birliyinin Məsləhət ekspertlər şurasının sədri, tanınmış şair İbrahim İlyaslı, Azərbaycan Yazıçılar Birliyinin Sumqayıt filialının sədri Gülnarə Cəmaləddin, Gənclərin İnkişaf və Karyera Mərkəzinin Sumqayıt nümayəndəliyinin direktoru Sevinc Qasımova, tanınmış kitabçı, şair Xan Rəsuloğlu, tanınmış yazıçı Kənan Hacı, gənc şair Elşad Barat, "Vətən Bağı" STİB-nin sədri Emin Tarverdiyev, "Mən vətənəm" kitabında yaradıcılıq nümunələri yer alan qazi yazarlardan Emin Piri, Vüsal Hətəmov, Həsən Kür, Elvin İntiqamoğlu, Nicat Fərman və digər vətən müharibəsi iştirakçıları, gənclər və ictimaiyyət nümayəndələri iştirak edərək, layihə və kitab haqqında fikirlərini bölüşüblər, kitabdakı şeir və hekayələrin bədii xüsusiyyətlərindən, gənclər üçün faydasından söz açıblar.
Yekunda layihənin həyata keçirilməsində fəal iştirak edən müəlliflər və təşkilatçılar Dünya Gənc Türk Yazarlar Birliyininin diplomları ilə təltif olunublar.Tədbirə xatirə şəkli çəkilməklə yekun vurulub.
Onu da qeyd edək ki, Dünya Gənc Türk Yazarlar Birliyinin Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin dəstəyi ilə həyata keçirdiyi "Cəbhədən cəmiyyətə" Müharibə iştirakçısı yazarlarla səngər yoldaşlarının görüşləri adlı layihə çərçivəsində bundan öncə Mingəçevir şəhərində, Gədəbəy rayonunda və Samux rayonunda silsilə tədbirlər keçirilib.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Fransa Ukrayna ilə bağlı Əbu-Dabi danışıqlarında iştirak edəcək
17:31 08.11.2026
Dünya
Müdafiə naziri Zakir Həsənov COVID-19-a yoluxub
17:28 08.11.2026
Gündəm
"Mən Cənab Prezident İlham Əliyevlə qürur duyuram" - Yücel Karauz
17:24 08.11.2026
Gündəm
Ərdoğan: “Bakının sevinci Ankaranın sevincidir”
16:40 08.11.2026
Gündəm
Daşkəsən, Kəlbəcər və Şahdağa qar yağır - FAKTİKİ HAVA
16:25 08.11.2026
Ekologiya
Ailəsini qətlə yetirib şəhər meydanına hücum etdi - Təfərrüatlar
15:15 08.11.2026
Hadisə
Türkiyə Prezidentinin Şuşada rəsmi qarşılanma mərasimi olub
15:12 08.11.2026
Rəsmi
Ukrayna səfiri Azərbaycanı təbrik etdi
15:00 08.11.2026
Siyasət
“Bakıda çay içmək” arzusu həbsxanada gerçəkləşdi - ŞƏRH
14:50 08.11.2026
Siyasət