Xalq şairi Nəriman Həsənzadənin səhhəti ağır-stabil olaraq qalır.
Mərkəzi Klinik Xəstəxanadan Teleqraf-ın sorğusuna cavabda bildirilib ki, Nəriman Həsənzadənin müalicəsi reanimasiya və intensiv terapiya şöbəsində davam edir.
"Xəstənin reanimasiya və intensiv terapiya şöbəsində müalicəsi davam edir. Vəziyyəti ağır-stabil olaraq qiymətləndirilir", - deyə bildirilib.
Qeyd edək ki, 84 yaşlı Nəriman Həsənzadə böyrək çatışmazlığından əziyyət çəkir.