Ukrainlər Oleq Babak haqqında kitabı razılıqla qarşılayıb -FOTO

 Azərbaycan və ukrain dillərində nəşr edilən “Oleq Babak, Azərbaycan səni unutmayacaq!” / “Олег Бабак, Азербайджан тебе не забуде!” kitabı (müəllif Hacı Nərimanoğlu, tərcüməçi Andrey Çurkanov) Ukraynada maraqla, razılıqla qarşılanıb.

Sherg.az xəbər verir ki, Kiyev, Dnepropetrovsk və Poltava vilayətlərindəki Azərbaycan diasporunun, Ukrayna Etnosiyasət və Vicdan Azadlığı üzrə Dövlət Xidmətinin təmsilçiləri tərəfindən kitabın ilk nüsxələri Oleq Babakın Ukraynanın Poltava vilayətinin Viktoriya kəndində yaşayan ata-anasına, təhsil aldığı, hazırda onun adını daşıyan kənd məktəbinə, Poltavadakı muzeyinə təqdim olunub, məzarı ziyarət edilib. Dnepropetrovsk şəhərində Ukrayna azərbaycanlıları, hökumət rəsmiləri, yerli QHT və KİV təmsilçilərinin iştirakı ilə kitabın təqdimatı keçirilib. Kiyevdə Ukraynanın Milli Azlıqları və Yerli Xalqlarının Ümum-Ukrayna Forumu çərçivəsində təşkil olunan sərgidə sözügedən kitab da yer alıb. 300-dən çox iştirakçı - milli azlıqların və yerli xalqların nümayəndələri, hökumət rəsmiləri, diplomatlar, beynəlxalq tərəfdaşlar və ictimai xadimlərin bir araya gəldiyi Forumda sözügedən kitabın nüsxələri, elektron variantının yazıldığı disklər Azərbaycanın Ukraynadakı səfiri Seymur Mərdəliyevə, Ukrayna Ali Radası sədrinin birinci müavini Oleksandr Kornienkoya, Ukraynanın İnsan hüquqları üzrə müvəkkili (ombudsman) Dmitri Lubinetsə, diplomat və diaspor təşkilatlarına, Ukraynanın QHT və KİV-lərinə də təqdim olunub. Oleq Babak haqqında iki dildə kitabın nəşr olunması Ukrayna-Azərbaycan dostluğunun daha bir təcəssümü kimi dəyərləndirilib.

Sumqayıtda Ukraynanın dahi şairi və mütəfəkkiri İvan Franko adına Sumqayıt Ukrayna İcmasının təşəbbüsü ilə şəhərdə müvəqqəti məskunlaşan Qubadlı rayonunun Yuxarı Cibikli kəndinin sakinləri ilə Ukrayna icmasının təmsilçilərinin birgə görüşündə öncə Azərbaycan və Ukraynananın ərazi bütövlüyünün, müstəqilliyinin müdafiəsi uğrunda canlarını fəda edən igid vətən övladlarının xatirəsi yad edilib.

1991-ci il aprelin 7-də Qubadlının Ermənistanla sərhəd kəndi Yuxarı Cibiklidə erməni silahlı terrorçu dəstələrinin mühasirəsinə düşən sakinləri xilas etmək üçün döyüşə atılan 24 yaşlı leytenantın ömür, döyüş yoluna həsr olunmuş “Oleq Babak, Azərbaycan səni unutmayacaq!” / “Олег Бабак, Азербайджан тебе не забуде!” kitabının təqdimatı ilə çıxış edən müəllif Hacı Nərimanoğludan sonra hadisənin canlı şahidləri danışıblar. Qeyd edilib ki, həmin gün Cibiklinin 20 yaşlarında iki gəncini – Şahin Heydərov və Qərib Nəzərov erməni terrorçuları qətlə yetirib, 7 nəfər isə yaralamışdı. Yalnız cibiklilərin “Babək” deyə çağırdıqları, onların sevgisini qazanmış yaxınlıqdakı postun komandiri Oleq Babakın igidliyi həmin gün xeyli sakinin həyatını xilas etmişdi. Şahidlərin görüb dedikləri, istintaq materialları, çoxsaylı rus, erməni mənbələri Oleqin 24 terrorçunu öldürdüyünü, özünün də son patronu qurtarana qədər döyüşüb ağır yaralı ikən Leninqraddakı ali milis məktəbində birgə oxuyan zamandan tanıdğı erməni zabiti tərəfindən amansızlıqla qətlə yetirildiyi müəyyən edilib. Oleq mülki vətəndaşların xilası zamanı göstərdiyi fədakarlığa görə sentyabrın 17-də “Sovet İttifaqı Qəhrəmanı” adına layiq görülüb, 1991-ci ilin dekabrında bu dövlət ləğv edilib dağıldığından Oleq Babakın adı SSRİ-nin sonuncu qəhrəmanı kimi tarixdə qalıb.

Görüşdə İcmanın sədri Tamilla Musayeva, Qubadlı Rayon İcra Hakimiyyəti yanında İctimai şuranın sədri, Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Qubadlı rayon filialının sədri Razim Əliyev, Bakı Dövlət Universitetinin professoru Mönsüm Alışov, şəhid Əliş Məhərrəmovun nəvəsi, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi yanında İctimai Şuranın üzvü Həcər Əkbərova, şəhid Məğrur Şirinovun qardaşı, blogger Zaur Zəngəzurlu, Qubadlı Rayon İcra Hakimiyyəti başçısının Cibikli kənd inzibati dairəsi üzrə nümayəndəsi Tural İldırımlı, Oleqin yaxından tanıyan təqaüdçü polis zabiti İslah Qənbərov və başqaları qəhrəmanların ömür yolunun təbliğinin əhəmiyyətini, bu nəşrin iki xalq arasında dostluğun möhkəmlənməsinə xidmət etdiyini vurğulayıb, Oleqin qanı axan kənddə xatirə abidəsinin qurulmasını təklif ediblər, kitabın iki dildə nəşrinin donoru Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinə və layihəçi “Zəngəzur” Cəmiyyətləri İctimai Birliyinə razılıq bildiriblər. 12 yaşlı sumqayıtlı məktəbli Georginin ifasında ukrain dilində səslənən şeirlər alqışlarla qarşılanıb.

Oleq Babakın Ukraynanın Poltava vilayətinin Piryatin rayonunun Viktoriya kəndində yaşayan anası Nadiya Babak skayp vasitəsilə tədbirə qatılıb. O deyib: “Yeganə oğlum Oleq haqqında kitab kənddə, adını daşıyan məktəb, muzeyində əl-əl gəzir, oxunur, bu kitab bizə ömrümüzün ahıl çağında böyük təskinlik oldu, çox razıyıq, unutmadğınız üçün sağ olun. Ukraynadakı Azərbaycan diplomatları, diaspor təmsilçiləri illərdir ki, bizə daimi qayğı, diqqət göstərirlər, bilirik ki, bu barədə Azərbaycan Prezidenti İlham Heydər oğlu Əliyevin tapşırığı olub, bizə aylıq təqaüdün verilməsi də