2026-cı ilin yayı Rusiyada meteoroloji müşahidələr tarixində ən isti yay olub

Rusiyada 2026-cı ilin yayı müntəzəm meteoroloji müşahidələrin başladığı 1891-ci ildən bəri ən isti yay kimi qeydə alınıb.

Bu barədə “Fobos” hava mərkəzinin mütəxəssisi Mixail Leus məlumat verib. Onun sözlərinə görə, temperatur üzrə müşahidələr ölkədə 1891-ci ildən aparılır və bu ilin yayı əvvəlki rekordları geridə qoyub.

Ən ciddi temperatur anomaliyaları Ural və Sibirdə müşahidə olunub. Bu bölgələrdə temperatur ekstremal yüksək həddə çatıb. Rusiyanın Avropa hissəsində və Uzaq Şərqdə isə orta göstəricilər iqlim normasına yaxın olub.

Daha əvvəl 2026-cı ilin iyun ayında Xantı-Mansi Muxtar Dairəsində son 100 ilin temperatur rekordu yenilənmişdi. Regionun meteoroloji stansiyalarında orta aylıq temperatur normadan 3–8 dərəcə yüksək qeydə alınıb.