Sərnişinlər bahalı nəqliyyatdan şikayətçidir
Yusif Nəzərli
06:42 10.08.2025
Aktual
496
Yemək setini ləğv etmək istədilər, ADY imtina etdi
İctimai Şuranın görüşündə ADY-nin qiymət siyasəti tənqid olundu
AZAL da ADY-nin yolunu gedir, ADY də AZAL-ın. Yay aylarında həm təyyarə, həm də qatar biletlərinin qiyməti rekord vurur. Əhalinin böyük hissəsi təyyarə reyslərinə ekonom-klass, qatarlara da daha çox standart (plaskart) biletlərinə üstünlük verdiyindən bu kateqoriya biletlərin satışı tez başa çatır. Geriyə qalansa, daha az tələbat olan biznes-klass və birinci “klass” biletlər olur. Ötən dəfə də mövzuya toxunaraq, mütəxəssis rəyinə əsasən boş qalan yerlərin nisbətən ucuz qiymətə sərnişinlərə təklif edilməsi təcrübəsinin mövcud olmasını xatırlatmışdıq. Amma həm AZAL, həm də ADY Sona xalanın “itə ataram, yada satmaram” məşhur məsəlini tərsinə çevirir; “itə atarıq, vətəndaşa satmarıq”. Təyyarələrdə biznes-klass yerləri, qatarda da “SV”-lər boş qalsın, amma bölgələrdən paytaxta, paytaxtdan bölgələrə gedənlər bilet tapmasın. Hələ üstəlik, ADY də "Azercell" kimi öz tariflərini zorla sərnişinlərə diktə edir. Birinci klass bilet qiymətlərinə yemək seti də daxildir. ADY-ni sərnişinin o yeməyi yeyib-yeməyəcəyi maraqlandırmır. “Tarif budur, paketə bunlar daxildir”, deyib, istəmədiyi, ehtiyac duymadığı yeməyin qiymətini sərnişinə məcburən ödətdirir.
Multimedia Mərkəzinin direktoru, Azərbaycan İnternet Forumunun prezidenti Osman Gündüz Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında İctimai Şuranın Azərbaycan Dəmir Yolları QSC (ADY) rəhbərliyi ilə görüşdə müzakirə olunan məsələlər barədə sosial şəbəkə hesabında məlumat verib. Bildirib ki, görüşdə ADY-də son illərdə aparılan islahatlar, modernləşmə və gözləntilər, ADY-də rəqəmsal transformasiya, dəmiryolu ilə sərnişindaşımada qiymətlər və xidmət səviyyəsi, ADY-nin təhlükəsizlik siyasəti və s. məsələlər barədə danışılıb:
- Mənim qaldırdığım məsələlər, əsasən dəmiryolu ilə sərnişindaşımada qiymətlər və xidmət səviyyəsi, ADY-nin təbii inhisar subyekti olması baxımından hesabatlılığı və gözləntilər, rəqəmsal transformasiya və s. oldu. Ümid edirəm görüş haqqında ADY geniş açıqlama verəcək. ADY son bir neçə ildə əsasən yükdaşımada, eyni zamanda sərnişindaşımada, xüsusilə də infrastrukturun modernləşməsi və transformasiyada xeyli işlər görüb. Güman ki, bu baxımdan görüşdə, gözlənildiyi kimi də ən çox müzakirə olunan və qarşılıqlı arqumentlərin səsləndirildiyi mövzu dəmiryolu ilə sərnişindaşımadakı qiymətlər mövzusu oldu. Son zamanlar bu mövzu ictimai əhəmiyyət kəsb edir və cəmiyyətdə ciddi müzakirə predmetidir. Xatırladıram ki, hazırda ölkədaxili istiqamətlərdə standart(plaskart), standart+(kupe), biznes (SV) və Birinci klass üzrə sərnişindaşıma qiymətləri əvvəlki qiymətlərə nisbətən 3-4 dəfə bahalaşıb. Qeyd etdiyim kimi, bu məsələ ətrafında xeyli müzakirə getdi. Xüsusən də Bakı-Balakən qatarında doluluq səviyyəsinin aşağı olmasının məhz qiymətlərin yüksək olması ilə bağlı olduğu diqqətə çatdırıldı. Belə anladım ki, ADY bu istiqamətdə cəmiyyətdə gedən müzakirələrdən xəbərdardır. Və hələlik qiymətləri də endirmək istəmir.
Məsələn, yerli vətəndaşlar üçün məcburi verilən yemək setinin ləğv edilməsi yolu ilə qiymətlərin endirilməsi təklifi də ADY rəhbərliyini heç cürə qane etmədi. ADY bilet alarkən yemək seçimini yerli vətəndaşların ixtiyarına buraxmaq istəmir.
O.Gündüz qeyd edir ki, yerli vətəndaşlar, baxmayaraq ki, məcburi verilən yemək setinə də ödəniş ediblər, ondansa evdə daha keyfiyyətli səhər yeməyinə üstünlük verirlər:
- İstənilən halda, düşünürəm ki, standart(plaskart), standart+(kupe), biznes (SV) üçün qiymətlər çox yüksəkdir və ümid edirəm ki, ADY bunlara yenidən nəzər salacaq. Bir maraqlı məqamı da diqqətə çatdırım, görüşdə o da məlum oldu ki, ADY rəsmiləri artıq dəmiryolu ilə sərnişindaşımanı ictimai nəqliyyat növü olaraq qəbul etmirlər. Onlar bunun qanunvericilikdə nəzərdə tutulduğunu qeyd edirlər. Fikrimcə, bu məsələnin ayrıca müzakirəsinə ehtiyac var.
Bəzi nüanslara baxmayaraq, O.Gündüz keçirilən görüşü faydalı hesab edir:
- Əlbəttə, elə məsələlər oldu ki, bu görüşdə həllini tapmadı və hərə öz fikrində qaldı. Amma bütün hallarda ADY-nin son bir neçə ildə atdığı addımlar, zaman-zaman bu tip görüşlər keçirməsi, hesabatlar təqdim etməsi, ictimai əhəmiyyət kəsb edən məsələlər ətrafında müzakirədən yayınmaması yetərincə təqdirəlayiqdir.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Şərur sakini Avropanın kral sülaləsi ilə qohum çıxdı
01:57 19.09.2026
Maraqlı
Putin: Təhdidlər azalmır, NATO böyüyür və genişlənir
00:35 19.09.2026
Gündəm
Antiterror əməliyyatının ildönümüdür
00:14 19.09.2026
Tarix
Zidan Mbappe ilə bağlı qərarını açıqladı
23:13 18.09.2026
Futbol
Rusiya 300 min nəfəri səfərbər edir? - Kreml açıqladı
22:59 18.09.2026
Gündəm
Nobel mükafatının məbləği artırılıb
22:20 18.09.2026
Mədəniyyət
Trampla danışdım, bəzi razılaşmalar oldu - Şeynbaum
21:43 18.09.2026
Aktual
Anar Ələkbərov şəhid anaları ilə görüşüb
21:26 18.09.2026
Sosial
Sumqayıt sakini tanışını bıçaqladı
21:11 18.09.2026
Hadisə
Sumqayıtda azyaşlını avtobus vuraraq öldürüb
20:55 18.09.2026
Hadisə
Əməkdar artist Sevda Məmmədzadə vəfat edib
20:38 18.09.2026
Mədəniyyət
Ukrayna AB ilə yeni sərhəd-keçid məntəqəsi açdı
20:21 18.09.2026
Gündəm
Almaniya benzinə tətbiq olunan vergini azaltmağı planlaşdırır
19:53 18.09.2026
Dünya
Buna görə İlham Əliyevə minnətdaram - Paşinyan
19:45 18.09.2026
Cənubi Qafqaz
“Neftçi” yubiley oyununda Qəbələdən qələbə ilə ayrıldı
19:36 18.09.2026
Futbol
Narkotik araşdırmasında məşhurlardan 21 nəfər saxlanılıb
19:02 18.09.2026
Hadisə