Zaman daralır, böyük fəlakət gəlir: İnsanlığın yeganə şansı “Nuhun Gəmisi”dir
12:50 04.09.2025
Maraqlı
434
Alimlər bildirirlər ki, əgər yeni bir “Nuhun Gəmisi” inşa olunmasa, insanlığın sonu gələ bilər.
Sherg.az xəbər verir ki, “Wion News”in məlumatına görə, Harvard Universitetindən məşhur astrofizik Avi Loeb insanlığın taleyinə dair ciddi xəbərdarlıq edib. Loebə görə, dünyada baş verəcək böyük fəlakət insanları sağ qalmaq üçün kosmosa qaçmağa məcbur edəcək.
Loeb deyib: “Bir gün, ölüm və fəlakətdən xilas olmaq üçün “Nuhun Gəmisi” bu dəfə göy üzündə qurulacaq.” İnsanlıq yeni başlanğıcı Yer üzündən kənarda axtarmalı olacaq.
Məşhur alim insanlardan daha ağıllı sivilizasiyaların ola biləcəyinə diqqət çəkib: “İnsanlar özlərini kainatdakı ən ağıllı varlıq sanaraq böyük səhv edirlər.” Loeb vurğulayıb ki, elm hələ “kəşf edilməmiş sahələri” araşdırmaqda ehtiyatlıdır və bu məhdud düşüncə insanlığın kosmosda mövcud ola biləcək yad sivilizasiyaların izlərini tapmasını əngəlləyir.
Loeb bloqunda yazır ki, insanlıq yalnız Yer üzündəki “əməliyyat sahəsi” ilə məhdudlaşıb, halbuki kosmos kəşfi gözləyən sonsuz imkanlar təqdim edir: “Kosmik zaman və məkan, Yer üzündəki təcrübələrimizin çox kənarında yaşam şəraiti təklif edir.” Ulduzlararası kosmosda hələ kəşf edilməmiş bir çox fürsət gizlənib. Loebə görə, insanlığı yox olmağa sürükləyəcək fəlakətlər arasında iqlim dəyişikliyi, süni intellekt, nəhəng asteroidin çarpması və ya yad texnologiyalar ola bilər. Bu halda su üzərində deyil, kosmosda üzən nəhəng “Nuhun Gəmisi” insan növünün sağ qalmasını təmin edə bilər.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Mədə yanması – Həmişə qastrit deməkdirmi?
07:07 10.07.2026
Sağlamlıq
"Qarabağ" ən böyük uğuruna imza ata bilər - Gözəl
06:36 10.07.2026
İdman
Avropa Parlamenti rəqəmsal avronun yaradılmasını təsdiqləyib
04:40 10.07.2026
İqtisadiyyat
Onlar “Emmi” namizədidir!
04:00 10.07.2026
Şou
Dünyada doğumun ən yüksək və ən aşağı olduğu ölkələr açıqlandı
02:49 10.07.2026
Maraqlı
Azərbaycan və Türkiyəyə bir daha təşəkkür edirəm
01:26 10.07.2026
Siyasət
Oyun planında narazılığım var idi - Qurbanov
01:04 10.07.2026
Futbol
Bayramovun “sensasion” bəyanatına İrəvandan cavab
23:08 09.07.2026
Cənubi Qafqaz
Əli Xameneinin dəfn mərasimi başladı - YENİLƏNDİ
21:54 09.07.2026
Gündəm
Son 20 ildə ilk dəfə Fələstində parlament seçkisi təyin edildi
21:25 09.07.2026
Dünya
Tramp Qalibafı ələ saldı: Bel ilə işlər görür!
21:13 09.07.2026
Gündəm