“Arsenal” Argentina millisinin üzvünü istəyir

İngiltərə təmsilçisi “Arsenal” İtaliyanın “Komo” klubunun futbolçusu Niko Pazı transfer edə bilər.

Teleqraf “Desmarque”yə istinadən xəbər verir ki, Premyer Liqa təmsilçisi 22 yaşlı argentinalı yarımmüdafiəçinin durumunu yaxından izləyir.

Bu yay “Real Madrid”dən ayrılan Niko Pazın transferindən Madrid təmsilçisi 60 milyon avro gəlir əldə edib. Bununla yanaşı, “Real” futbolçu üçün 2027-ci ilin yayında 80 milyon avro qarşılığında geri alma hüququnu özündə saxlayıb.

Bununla belə, son söz “Real Madrid”ə məxsus olacaq. İspaniya klubu 80 milyon avroluq geri satınalma hüququndan istifadə etməsə, Niko Pazın “Arsenal”a keçidi mümkün olacaq.

Qeyd edək ki, 21 yaşlı argentinalı yarımmüdafiəçi ötən mövsüm bütün turnirlərdə 37 oyuna çıxaraq 13 qol və 8 məhsuldar ötürmə ilə yadda qalıb.