“Arsenal” PSJ-nin yetirməsini transfer edə bilər

İngiltərənin “Arsenal” klubuFransa təmsilçisi PSJ-nin yetirməsi Emmanuel Mbembe ilə maraqlanır.

Teleqraf BBC-yə istinadən xəbər verir ki, London təmsilçisi Fransa klubu ilə müqavilə müddəti başa çatan 18 yaşlı futbolçunu heyətinə qatmaq niyyətindədir.

Mənbənin məlumatına görə, PSJ müdafiəçiyə yeni müqavilə təklif etsə də, futbolçu karyerasını “Arsenal”da davam etdirməyə daha yaxındır.

Qeyd edək ki, fransalı oyunçu PSJ-nin aşağı yaş qruplarında mərkəz müdafiəçisi mövqeyində çıxış edib.