Avropa Liqası: ÇSKA - “Qarabağ” oyunu başladı - YENİLƏNİR

UEFA Avropa Liqasının II təsnifat mərhələsinin ÇSKA (Sofiya) - “Qarabağ” arasında keçirilən cavab oyunu start götürüb.

Teleqraf xəbər verir ki, görüş Sofiyadakı “Vasil Levski” stadionunda keçirilir.

Matçı Belçikadan olan Bram Van Drissche idarə edir.

Qeyd edək ki, komandalar arasında Bakıda keçirilən ilk görüşdə qalib müəyyənləşməyib. Tərəflər meydandan qolsuz bərabərliklə (0:0) ayrılıblar.