Azərbaycan milli komandasının DÇ-2026-nın seçmə mərhələsində Fransa ilə keçirəcəyi oyunda rekord sayda bilet satışı qeydə alınıb.
Sherg.az AFFA-nın rəsmi saytına istinadən xəbər verir ki, sabah baş tutacaq matç üçün satışa çıxarılan bütün biletlər artıq satılıb.
Tofiq Bəhramov adına Respublika stadionunun tutumu 31 200 nəfərdir.
Xatırladaq ki, Tofiq Bəhramov stadionu millinin daha əvvəl Almaniya (2017 və 2011), Portuqaliya (2007), Rusiya (2011) və Belçikaya (2019) qarşı keçirdiyi oyunlarda da tam dolu olub.
Qeyd edək ki, Azərbaycan – Fransa oyunu sabah saat 21:00-da Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək.