İspaniya təmsilçisi “Barselona” futbolçusu mövsümün sonunda Rafinyanı satmaq niyyətindədir.
Teleqraf “Fichajes”ə istianadən xəbər verir ki, 29 yaşlı braziliyalı vingerin zədələri və performans baxımından sabitliyin azalması səbəbindən Kataloniya klubu yayda onunla yolları ayıracaq.
Rafinyaya Premyer Liqa klubları və Səudiyyə Ərəbistanı təmsilçilərinin yüksək məbləğdə təklif hazırladığı bildirilir. Kataloniya klubu futbolçu üçün 100 milyon avroya yaxın məbləğ tələb edir.
Qeyd edək ki, Rafinya 2022-ci ilin yayından "Barselona"da çıxış edir. Onun Kataloniya təmsilçisi ilə 2028-ci ilin yayına qədər nəzərdə tutulan müqaviləsi var