“Barselona”dan Messiyə dəstək: Azarkeşlər səninlə fəxr edir

La Liqa nəhənglərindən "Barselona" dünya çempionu Lionel Messinin Argentina millisindəki karyerasını başa vurmasına münasibət bildirib .

Teleqraf xəbər verir ki, klub bu barədə Messinin paylaşımına şərh yazıb.

"Son nəfəsinə qədər əlində olan hər şeyi verdin. Ölkən və bütün "Barselona" azarkeşləri geridə qoyduğun mirasla fəxr edirlər", - deyə klub qeyd edib.

Qeyd edək ki, Messi 31 avqustda karyerasını başa vurduğunu elan etdi. 2026-cı il Dünya çempionatında Argentina finala yüksəldi və İspaniyaya əlavə vaxtda 1:0 hesabı ilə məğlub oldu.

Messi milli komandada 207 oyun keçirib, 125 qol vurub və 68 məhsuldar ötürmə edib.