“Bayer”də yeni baş məşqçi

Almaniyanın “Bayer” klubunun yeni baş məşqçisi müəyyənləşib

Teleqraf xəbər verir ki, Leverkuzen təmsilçisinin sükanı Karles Martines Novellə tapşırılıb.

Klubun rəsmi saytında yer alan məlumata görə, ispaniyalı mütəxəssislə 2028-ci ilin yayına qədər müqavilə imzalanıb.

Qeyd edək ki, Karles Martines Novell “Bayer”də danimarkalı Kasper Yulmannı əvəzləyib.