Fransalı hücumçu Kilian Mbappe Çempionlar Liqasında yeni rekorda imza atıb.
Teleqraf BBC nəşrinə istinadla xəbər verir ki, "Real Madrid"in forvardı bu uğura Çempionlar Liqasının 1/4 finalının cavab oyununda "Bavariya"ya qarşı (4:3) qol vurmaqla nail olub.
Mbappe cari mövsümdə turnirin səfər matçlarında 10 dəfə fərqlənib ki, bu da Çempionlar Liqası tarixində ən yüksək göstəricidir.
Qeyd edək ki, Mbappe bu mövsüm ÇL-də ümumilikdə 15 qola imza atıb.