Enzo Fernandes "Mançester Siti"də debüt etdi

Argentina millisinin yarımmüdafiəçisi Enzo Fernandes Premyer Liqa təmsilçilərindən “Mançester Siti”də ilk oyununa çıxıb.

Teleqraf xəbər verir ki, “Çelsi”dən transfer olunan futbolçu İngiltərə Premyer Liqasının III turunda “Koventri” ilə matçda “şəhərlilər”in start heyətində yer alıb.

Fabrizio Romanonun məlumatına görə, “Mançester Siti”nin baş məşqçisi Enzo Mareska əvvəlcə yeni transferi ilk dəqiqələrdən meydana buraxmağı planlaşdırmayıb. Lakin görüşdən əvvəlki isinmə zamanı Niko Oraylinin zədələnməsi səbəbindən qərar dəyişib.

Qeyd edək ki, “Mançester Siti” Enzo Fernandesin transferi üçün “Çelsi”yə təxminən 145 milyon avro ödəyib.