"Fənərbağça" - "Beşiktaş" derbisinin hakimi müəyyənləşdi

Türkiyə Super Liqasının IV turu çərçivəsində keçiriləcək “Fənərbağça” – “Beşiktaş” derbisinin hakimləri bəlli olub.

Teleqraf xəbər verir ki, bu barədə Mərkəzi Hakimlər Komitəsi (MHK) məlumat yayıb.

Qarşılaşmanın baş hakimi Halil Umut Meler olacaq.

Melerə yan xətt hakimləri funksiyasında İbrahim Çağlar Uyarcan və Abdullah Buğra Özkara köməklik edəcəklər. Matçın dördüncü hakimi isə Batuhan Kolak olacaq.

Qeyd edək ki, nəhəng derbi 5 sentyabr tarixində keçiriləcək.