"Fiorentina" "Yuventus"un futbolçusu Joau Mariunu heyətinə qatıb

İtaliyanın "Fiorentina" klubu "Yuventus"un futbolçusu Joau Mariunu heyətinə qatıb.

"Report" xəbər verir ki, bu barədə Florensiya təmsilçisinin mətbuat xidməti məlumat yayıb.

26 yaşlı portuqaliyalı müdafiəçi 2026/2027-ci il mövsümünün sonunadək icarə əsasında "bənövşəyilər"də çıxış edəcək.

Joau Mariu 2025-ci ilin yayında Portuqaliyanın "Portu" kollektivindən "Yuventus"a transfer olunub. O, ötən mövsümün ikinci yarısını icarə əsasında "Bolonya"da keçirib. Müdafiəçi bu komandanın heyətində 15 oyunda meydana çıxıb və 2 qol vurub.