Fransa millisi Kot-d'İvuara məğlub olub

Fransa milli futbol komandası dünya çempionatı öncəsi keçirilən yoldaşlıq oyununda Kot-d'İvuar seçməsinə uduzub.

Teleqraf xəbər verir ki, bu barədə TASS məlumat yayıb.

Fransada keçirilən qarşılaşma Afrika təmsilçisinin 2:1 hesablı qələbəsi ilə başa çatıb.

Qalib komandanın heyətində qolları Qela Due 53-cü, Amad Diallo isə 84-cü dəqiqədə vurub. Fransa millisinin yeganə qoluna 45-ci dəqiqədə Rayan Şerki imza atıb.

Qeyd edək ki, futbol üzrə dünya çempionatı iyunun 11-dən iyulun 19-dək ABŞ, Kanada və Meksikada keçiriləcək. Turnirdə ilk dəfə olaraq 48 milli komanda iştirak edəcək.

Fransa yığması qrup mərhələsində Seneqal, İraq və Norveçlə, Kot-d'İvuar isə Ekvador, Almaniya və Kurasao ilə qarşılaşacaq.