Holann bu göstəricidə Runi və Aqueronu geridə qoydu

İngiltərənin “Mançester Siti” klubunun və Norveç millisinin üzvü Erlinq Holann yeni rekorda imza atıb.

Teleqraf xəbər verir ki, 26 yaşlı hücumçu buna Premyer Liqanın IV turunda “Mançester Yunayted”ə qarşı keçirilən derbidə fərqlənib.

Bununla Erlinq Mançester derbiləri tarixinin ən məhsuldar futbolçusu olub. Onun qolu əvvəlcə ofsayd səbəbilə qeydə alınmasa da, VAR müdaxiləsindən sonra təsdiqlənib.

Norveçli forvard bununla Mançester derbilərindəki qollarının sayını 9-a çatdırıb. O, 8 qolla Ueyn Runi və Serxio Aqueronu geridə qoyaraq bu göstəricidə ilk pilləyə yüksəlib.

Qeyd edək ki, görüş “Mançester Siti”nin 1:0 hesablı qələbəsilə yekunlaşıb.