İtaliya A Seriyasında (Serie A) lider olan "Inter" mövsümün bitməsinə üç tur qalmış çempionluğunu rəsmiləşdirib. Milan təmsilçisi 35-ci turda öz meydanında Parma üzərində 2:0 hesablı qələbə qazanıb.
Sherg.az xəbər verir ki, oyunda qolları 45+1-ci dəqiqədə Markus Turam və 80-ci dəqiqədə Henrik Mxitaryan vurublar.
Bu nəticə ilə xallarını 82-yə çatdıran "Inter" ən yaxın izləyicisi "Napoli" ilə fərqi 12 xala yüksəldərək klub tarixində 21-ci çempionluğunu qazanıb.
Türkiyə millisinin üzvü Hakan Çalhanoğlu isə 2023–2024 mövsümündən sonra A Seriyasında ikinci dəfə çempion olub.