“Real Madrid” yeni mövsümə hazırlıqlarını davam etdirərkən İspaniyanın “AS” qəzeti Arda Gülərin komandadakı rolunu təhlil edib.
Sherg.az-ın məlumatına görə, nəşr qeyd edir ki, boyu kiçik olsa da, Arda Gülər “Herkul kimi davranmalı” və baş məşqçi Joze Mourinyonun start heyətində yer qazanmaq üçün qarşısına çıxan sınaqları keçməlidir.
Qəzet Ardanın “Fiorentina” və “Ferencvaroş”la oyunlarda iki məhsuldar ötürmə ilə fərqləndiyini, xüsusilə müdafiəni yarmaq çətin olduqda onun uzaqgörənliyi və ötürmələrinin komandaya kömək etdiyini vurğulayıb.
“AS” hesab edir ki, Mourinyonun qurduğu intensiv oyun sistemində Arda Gülərin iti futbol düşüncəsinə və dəqiq ötürmələrinə ehtiyac var. Onun həm Bellinghemin mövqeyində, həm də mərkəzdəki ikili yarımmüdafiə xəttində oynaya biləcəyi qeyd olunub.