"Barselona"nın hücumçusu Robert Levandovski bu yay klubunu dəyişə bilər.
Teleqraf "La Gazzetta dello Sport"a istinadla xəbər verir ki, polşalı futbolçunun agenti İtaliyaya səfər edib.
Levandovskinin meneceri "Yuventus" rəhbərliyi ilə görüşəcək.
İtaliya çempionatının digər top klubu "Milan" da 37 yaşlı hücumçu ilə maraqlanır.
Xatırladaq ki, polşalının Kataloniya klubu ilə hazırkı müqaviləsi 2026-cı ilin yayında başa çatacaq. Levandovskinin "Barselona"dan azad agent kimi ayrılacağı gözlənilir.
Qeyd edək ki, ulduz futbolçu bu mövsüm La Liqada 25 oyunda 12 qol vurub və 2 məhsuldar ötürmə edib. O, həmçinin Çempionlar Liqasında 11 oyunda 5 məhsuldar ötürmə edib.