Kahveçidən Barış Alper Yılmaz açıqlaması: “Yenidən doğuluş matçı ola bilər”

Türkiyə Super Liqasının VII turunda “Qalatasaray” doğma meydanda “Kasımpaşa”nı 3:1 hesabı ilə məğlub edib.

Sherg.az xəbər verir ki, qarşılaşmadan sonra keçmiş futbolçu və şərhçi Nihat Kahveçi Barış Alper Yılmazın çıxışını dəyərləndirib.

O, futbolçunun bu matçda yenidən özünü göstərmək fürsəti qazandığını bildirib.

“Bu, Barışın yenidən doğuluş matçı ola bilər. O, ilk hissədə də qol vəziyyətinə düşdü, ikinci hissədə isə fərqlənməyi bacardı. Bu gün sağ cinah müdafiəçisi kimi qəbulolunan performans göstərdi”, – deyə Kahveçi qeyd edib.

Qeyd edək ki, “Qalatasaray”ın qollarını Abdülkerim Bardakçı, Barış Alper Yılmaz və Mario Lemina vurublar.