Messi yeni rekorda imza atdı

ABŞ-ın “İnter Mayami” klubu “Major League Soccer” (MLS) müntəzəm çempionatında Kanadada “Toronto” klubunu 4:2 hesabı ilə məğlub edib.

Axar.az xəbər verir ki, bu barədə MLS X hesabında paylaşım edib.

Məlumata görə, qonaq komandanın heyətində dünya çempionu, Argentina millisinin hücumçusu Lionel Messi də fərqlənib.

O, MLS tarixində 100-cü qolunu vuraraq yeni rekorda imza atıb. Messi bu göstəriciyə ən sürətli çatan futbolçu olub, cəmi 64 oyunda 100 qol həddinə çatıb.

Həmçinin bu matçdakı qol Messinin karyerasındakı 907-ci qolu olub.