Türkiyənin “Beşiktaş” klubu UEFA Avropa Liqasının ilk turunda Fransanın “Marsel” komandasını 4:1 hesabı ilə məğlub edib.
Sherg.az xəbər verir ki, oyundan sonra keçmiş futbolçu Nihat Kahveci İstanbul təmsilçisinin çıxışını yüksək qiymətləndirib. O bildirib ki, “Beşiktaş” matç boyu üstün oyun nümayiş etdirib və qələbəyə layiq olub.
Kahveci komandanın Avropa Liqasına bundan yaxşı başlaya bilməyəcəyini deyib: “Beşiktaş çatır-çatır oynadı. Buna görə komandaya halal olsun”.
O, azarkeşlərin də qələbədə mühüm rol oynadığını vurğulayıb. Kahvecinin sözlərinə görə, tribunaların yaratdığı möhtəşəm atmosfer komandanı ikinci hissədə daha da ruhlandırıb: “Azarkeşlər Marselanı dənizə atdılar, Fransaya gedin dedilər. Möhtəşəm təşkilatlanma idi, bir dəqiqə belə susmadılar”.