Noyerin DÇ-2026-da iştirakı ilə bağlı qərar sabah veriləcək

Almaniya millisinin və “Bavariya”nın qapıçısı Manuel Noyer zədə səbəbindən dünya çempionatını buraxa bilər.

Teleqraf xəbər verir ki, bu barədə “Bild” nəşri məlumat yayıb.

Məlumata görə, 40 yaşlı qolkiper Bundesliqada “Köln”ə qarşı keçirilən oyundan (5:1) sonra sol baldır əzələsində (qastroknemius) problem yaşayıb.

Klubdan bildirilib ki, Noyer dünən komanda ilə məşq etməyib və bu gün də məşqə qatılmayacaq. Sabah onun baldır əzələsi müayinə olunacaq və bərpa prosesinin gedişatı qiymətləndiriləcək.

Aparılacaq testlərin nəticəsi onun şənbə günü Almaniya Kubokunun finalı ərəfəsində məşqlərə qayıdıb-qayıtmayacağını müəyyən edəcək.

Qeyd olunur ki, Noyerin Almaniya millisi ilə dünya çempionatında iştirakı da bu müayinələrin nəticələrindən asılı olacaq.