Azərbaycan Premyer Liqasının XXX turunda “Karvan-Yevlax” və “Neftçi” komandaları üz-üzə gəlib.
Teleqraf xəbər verir ki, Yevlax şəhər stadionunda baş tutan qarşılaşma qonaqların 3:0 hesablı qələbəsi ilə yekunlaşıb.
Baş hakim Rauf Cabbarovun idarə etdiyi görüşdə qolları İmad Faraj (31), Emin Mahmudov (50, pen.) və Fredi Varqas (57) vurublar.
Bu nəticədən sonra Yuri Vernidubun komandası xallarını 50-yə çatdıraraq turnir cədvəlinin 4-cü pilləsində qərarlaşıb. Fizuli Məmmədovun kollektivi isə 14 xalla sonuncu yerdə qalıb.
Qeyd edək ki, turun əvvəlki oyunlarında “Kəpəz” “Sumqayıt”ı (2:1), “Zirə” “Qəbələ”ni (1:0), “Qarabağ” “Turan Tovuz”u (2:1) məğlub edib. “Araz-Naxçıvan” “İmişli”yə (0:1), “Şamaxı” isə “Sabah”a (0:3) uduzub.