Misli Premyer Liqasında III tura yekun vurulub.
"Report"un məlumatına görə, günün ikinci oyununda "Sumqayıt" "Qarabağ"ı qəbul edib.
Qarşılaşma Ağdam təmsilçisinin qələbəsi ilə yekunlaşıb - 1:0.
45-ci dəqiqədə Jali Muaddib penaltini dəqiq yerinə yetirib. 32-ci dəqiqədə qonaqların heyətində Kadi Borges qırmızı vərəqə alaraq meydandan qovulub.
"Qarabağ" 6 xalla üçüncü pillədə qərarlaşıb. Meydan sahibləri sıfır xalla sonuncu - 12-ci sıradadır. Hər iki kollektivin II turdakı matçı təxirə salınıb.
Günün ilk qarşılaşmasında "Sabah" "Araz-Naxçıvan"ı məğlub edib - 1:0.
Turun daha əvvəl keçirilən matçlarında "İmişli" "Şəfa"nı (1:0), "Kəpəz" "Turan Tovuz"u (1:0), "Zirə" "Neftçi"ni (1:0) məğlub edib. "Qəbələ" - "Şamaxı" görüşü isə qolsuz yekunlaşıb.